• Şambali deserti resepti

Reseptin məlumatları Baxış sayı: 15 099

Tarix : 21-08-2014, 00:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q mannı
2 st. qatıq
2,5 st. şəkər tozu
1 paket vanil
1 paket qabartma tozu

Şərbət:
2,5 st. şəkər tozu
3 st. su

Üzərinə:
fıstıq

Hazırlanması:
Dərin bir qabda mannı və qatığı mikserlə çalın. Şəkər tozu, vanil və qabartma tozunu əlavə edib çalın.
Sinini yağlayıb xəmiri içinə tökün. Üzərinə fıstıqları aralı-aralı düzün.

Sobanın temperaturunu 180 dərəcə əyarlayıb 5 dəqiqə qızdırın. Sonra sinini içinə qoyub şambalini 30 dəqiqə bişirin.

Şərbət: qazana su və şəkər tozu töküb ocağa qoyun. Qarışdırın. Şəkər tozu əriyib su qaynayınca ocaqdan götürün, soyudun.

Bişmiş şambalini də sobadan çıxarıb soyumasını gözləyin. İlıq şambalinin üzərinə ilıq şərbəti gəzdirin. Bir gün saxlayıb sabahı gün süfrəyə verin.

Nuş olsun!
Etiketlər: şəkər, içinə, üzərinə, aralı, Şəkər, çalın, dəqiqə, qabartma, mannı, şambalini, paket, vanil, qaynayınca, götürün, əriyib, ocaqdan, ocağa, qazana, Şərbət, töküb
BİZİ İZLƏYİN