• Şöbiyet resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 631

Tarix : 2-04-2017, 17:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st. qatıq
1.25 st. bitki yağı
2 yumurta
1 ç.q. duz
1 ç.q. qabartma tozu
2 x.q. limon şirəsi
4 st. un
2 st. süd
3 st. şəkər tozu
2 x.q. mannı yarması
8 ç.q. nişasta
1 ç.q. vanilli şəkər
6 ədəd qoz
2,5 st. su
75 q kərə yağı

Hazırlanması:
Xəmir: Qatığı 1 st. bitki yağı və yumurta ilə qarışdırın. 1 x.q. limon şirəsi əlavə edin. Qabartma tozu və duzla qarışdırılmış unu az-az əlavə edib yumşaq, elastik, ələ yapışmayan xəmir yoğurun.

Xəmiri 24 bərabər hissəyə bölüb kündələyin.

Üzərinə nişasta səpib (2-3 ç.q.) dəsmal çəkin, otaq temperaturunda 1 saat saxlayın.

İç: Tavada 3 x.q. şəkər tozu, vanilli şəkər, mannı və 1 ç.q. nişastanı qarışdırın, üzərinə süd töküb qarışdıraraq orta itilikli ocağa qoyun. Qarışdıraraq qatılaşınca bişirin, soyudun.

Şərbət: Qazanda su ilə şəkər tozunun qalanını qarışdırın, ocağa qoyun. Qaynara düşəndən sonra 10 dəqiqə qaynadın. Limon şirəsi qatın, yenidən qaynara düşəndə ocaqdan götürün, tam soyudun.

Hər kündəni təxminən 1 mm qalınlıqda yayın. Aralarına nişasta səpərək 12-12 üst-üstə yığın.

Hər iki dəsti (12 yuxa olmaqla) ayrılıqda 3-4 mm qalınlıqda yayın, 5x5 ölçüdə kvadratlara bölün.

Kərə yağını əridib qalan bitki yağı ilə qarışdırın. Hər kvadratın üzərinə bu qarışıqdan çəkin. Bir tərəfinə iç qoyub üzərinə qoz ləpəsinin 1/4-ni yerləşdirin. Digər tərəfini üzərinə qatlayın. Formanı yağlayın. Şöbiyetləri düzün. Üzərinə bolluca yağ qarışığından çəkin.

200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə, üzəri qızarınca bişirin. Qaynar şöbiyetlərin üzərinə soyuq şərbət töküb 2-3 saat saxlayın.

Şöbiyet resepti - FOTO RESEPT

Şöbiyet resepti - FOTO RESEPT

Şöbiyet resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üzərinə, şəkər, qarışdırın, çəkin, nişasta, şirəsi, bitki, Üzərinə, bişirin, saxlayın, ocağa, soyudun, töküb, qoyun, dəqiqə, vanilli, qalınlıqda, mannı, limon, yumurta
BİZİ İZLƏYİN