• Səməni halvası resepti

Reseptin məlumatları Baxış sayı: 40 433

Tarix : 14-05-2017, 12:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Cücərdilmiş buğdanın suyu - 1 litr
Un - 2 kq
Kərə yağı - 400 qr
Qoz - 300 qr
Tut doşabı - 3 stəkan
Mixək, darçın, istiot - zövqə görə

Hazırlanması:
Buğda 2-3 gün ərzində cücərdilməlidir. O cücərən kimi (yaşıl rəng almamış) onu mətbəx kombaynında çəkib suyunu tənziflə sıxın. Sıxılmış buğda suyunu 3/1 hissəsi qalana kimi sobanın üzərinə qoyub hərdən bir qarışdıraraq qaynadın. Odun üzərindən götürüb qarışdıra-qarışdıra yağla unu əlavə edin. 1,5- 2 saat ərzində alçaq odda qarışdıraraq bişirin ki, altı yanmasın. Tam qızılı rəng almamış qozla ədviyyatı da əlavə edib 10 dəqiqə bişirin. Qızılı rəng aldıqda doşabı da əlavə edib yenə 10 dəqiqə bişirin. Odun üzərindən götürüb bir az soyudun ki, əlinizi yandırmasın. Sonra yastı küftələr şəklində yumrulayıb ortasına bütöv qoz ləpəsi qoyun. Tam soyuduqdan sonra isə servis edə bilərsiniz.

Qeyd edək ki, cücərdilmiş buğda suyundan hazırlanmış halva çox dadlı olur.

Nuş olsun!
Etiketlər: əlavə, bişirin, buğda, suyunu, qarışdıraraq, götürüb, dəqiqə, almamış, üzərindən, qarışdıra, doşabı, ərzində, Sonra, yandırmasın, yastı, küftələr, əlinizi, şəklində, aldıqda, ədviyyatı
BİZİ İZLƏYİN