• Almalı-qozlu paxlava resepti

Reseptin məlumatları Baxış sayı: 17579

Tarix : 19.08.2014, 15:00

Bölmə : Şərbətli şirniyyatlar, Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Xəmir:

5 st. un
2 yumurta
0,5 limon suyu
1 çimdik duz
1 armudu stəkan süd
1 armudu stəkan su

Xəmiri yaymaq üçün:
buğda nişastası

İç:
4 yaşıl (turş alma)
1 st. döyülmüş qoz ləpəsi
2 x.q. kərə yağı
1 x.q. limon suyu

Üzərinə:
125 q kərə yağı

Şərbət:
4 su st. su
4 su st. şəkər tozu
1 x.q. limon şirəsi

Hazırlanması:
İç:
Almaları sürtgəcdən keçirib üzərinə limon şirəsi səpin. Kərə yağını bir tavada əridin, qozu içində qovurun, almanı əlavə edin. Qarışdıraraq 5 dəqiqə bişirin, bir kənara qoyun.

Xəmir: Unun ortasında çala açın. Xəmir üçün gərəkli ərzaqları içinə qoyub yaxşıca yoğurun. Üzərinə nəm dəsmal örtüb 30 dəqiqə saxlayın. Sonra 20 bərabər kündəyə bölün.

Nişastanın köməyi ilə içində paxlavanı bişirəcəyiniz sini boyda yayın. Sinini yaydığınız yuxaların üstünə qoyun, artığını kəsib çıxarın. Yuxaların üstündəki əlavə nişastanı fırçanın köməyi ilə təmizləyin. 10 yuxanı sininin içinə üst-üstə döşəyin. İçi üstünə yayın. Qalan 10 yuxanı da üstünə döşəyin. Sonra xırda dördbucaqlı (kvadrat) paylara bölün. 125 q yağı əridib üzərinə gəzdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.

Şəkər tozu, su və limondan şərbət bişirin. Paxlava bişəndən sonra çıxarın. Soyudun. İlıq şərbəti ilıq paxlavanın üstünə gəzdirin.

Nuş olsun!

Etiketlər: üstünə, limon, bişirin, üzərinə, dəqiqə, gəzdirin, Xəmir, qoyun, şərbət, əlavə, yuxanı, döşəyin, bölün, çıxarın, şirəsi, içində, stəkan, köməyi, yayın, içinə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN