• Türk paxlavası resepti

Reseptin məlumatları Baxış sayı: 13 605

Tarix : 15-08-2017, 12:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
100 qr yağ,
2 x.q. sirkə,
2 x.q. qatıq,
1 ədəd yumurta,
1 armudu st. duru yağ,
1 st. su,
5.5 st. un

Üzəri üçün:
250 qr yağ

İçlik üçün:
500 qr qoz ləpəsi (blenderdən keçirilmiş)

Şərbət üçün:
3 st. su,
3 st. şəkər tozu,
yarım limonun suyu

Yaymaq üçün:
nişasta

Hazırlanması:
Xəmir üçün qeyd olunmuş bütün ərzaqları bir qaba töküb, xəmir yoğururuq. Xəmirdən kündələr tutub, yayırıq. Yaydığımız kündələrin üzərinə streç qoyaraq üst-üstə yığırıq. Soyuducuya qoyub 2-3 saat saxlayırıq. *Qeyd. Bu xəmirin yayarkən daha yaxşı açılması üçündür, lakin bu paxlava növündə xəmiri üst-üstə qoyub yayacağımız üçün soyuducuda 15-20 dəqiqə də saxlasanız olar.

Daha sonra yaydığımız kündələrin 7sinin arasından streçi götürüb, çox nişasta səpirik və üst-üstə qoyub, yayırıq. Soba qabına yerləşdirib, üzərinə içlik səpirik. Yenidən 7 ədəd yayılmış kündənin arasına nişasta töküb, birlikdə yayırıq. Və içliyin üzərində qaba yerləşdiririk. Zövqə görə kəsib, üzərinə əridilmiş yağ əlavə edirik. 180 dərəcə istilikli sobada üstü qızarana kimi bişiririk. Sobadan çıxartdıqdan sonra şərbəti töküb, 1-2 saat saxlayırıq. *Qeyd. Bu reseptdən 2 qab paxlava çıxır. İstəsəniz qatların sayını artıra və ya xəmiri soyuducuda saxlayıb, başqa vaxt istifadə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qoyub, töküb, nişasta, üzərinə, yayırıq, paxlava, kündələrin, saxlayırıq, Xəmir, sonra, səpirik, soyuducuda, xəmiri, yerləşdiririk, üzərində, içliyin, birlikdə, Yenidən, qabına, götürüb
BİZİ İZLƏYİN