• Xurmalı-şokoladlı tort resepti

Reseptin məlumatları Baxış sayı: 16140

Tarix : 25.08.2014, 05:00

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Əsası:

3 st. qoz
3 st. xurma (dənəsiz)
3 x.q. kərə yağı

Krem:
3 st. keşyu
1 st. mineral su
240 ərinmiş kərə yağı
300 q şokolad
2 st. maye bal

Hazırlanması:
Bu tort üçün həmçinin kənarları açılan, diametri 26 sm olan forma gərəkdir.

Blenderdə qozu, xurmanı və kərə yağını xırdalayın. Formanın içinə qida plyonkası döşəyin. Çalınmış kütləni formaya töküb soyuducuda 2-3 saat saxlayın.

Krem: keşyunu suda 2 saat saxlayın. Yuyun. Blenderdə keşyunu, mineral suyu və balı eynicinsli kütlə alınanadək çalın. Su hamamında şokoladı və kərə yağını əridib blenderdəki qarışığa əlavə edin və yenə çalın. Soyuducudakı formanı çıxarın. Kremi şokoladlı-xurmalı əsasın üstünə çəkib hamarlayın. Soyuducuda 4-5 saat saxlayın.

Nuş olsun!
Etiketlər: saxlayın, Blenderdə, yağını, mineral, çalın, keşyunu, blenderdəki, Yuyun, əridib, qarışığa, şokoladı, alınanadək, eynicinsli, hamamında, kütlə, Soyuducudakı, çəkib, üstünə, hamarlayın, Soyuducuda
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN