• “Abşeron” tortu resepti

Reseptin məlumatları Baxış sayı: 41 200

Tarix : 4-09-2017, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Biskvit üçün:
6 ədəd yumurta,
2 st. şəkər tozu,
1 st. üyüdülmüş qoz ləpəsi,
1.5 st. un,
1 paket vanil,
1 paket qabartma tozu

Krem üçün:
1 banka qatılaşdırılmış süd,
200 qr kərə yağı

Hazırlanması:
Əvvəlcə biskvitin xəmirini hazırlayırıq. Qeyd olunmuş ərzaqları 3 bərabər hissəyə bölüb, 3 ədəd biskvit bişiririk. Bunun üçün yumurtanın ağını sarısından ayırırıq. Yumurta ağlarını şəkər tozu ilə birlikdə həcmi artana kimi mikserlə çalırıq. Ardınca bir-bir yumurta sarılarını da əlavə edərək, çalmağa davam edirik. Üzərinə un, qoz, vanil və qabartma tozu töküb, qaşıqla yavaşca qarışdırırıq. Hazırladığımız xəmiri yağlı kağız sərilmiş 26 sm-lik formaya töküb, 180 dərəcə istilikli sobada bişiririk. Bu qayda ilə 3 bişkvit bişiririk və soyumasını gözləyirik.

Krem üçün qatılaşdırılmış süd və kərə yağını qatılaşana kimi mikserlə çalırıq. Soyumuş biskvitlərin üzərinə krem çəkərək, üst-üstə yerləşdiririk. Tortu zövqə görə istənilən formada bəzəmək olar.

Nuş olsun!
Etiketlər: sarılmış, bişiririk, qatılaşdırılmış, çalırıq, mikserlə, vanil, qabartma, şəkər, yumurta, paket, töküb, kağız, sərilmiş, istilikli, formaya, dərəcə, sobada, Hazırladığımız, yavaşca, qaşıqla, qarışdırırıq
BİZİ İZLƏYİN