• Tort “Фрезье” (Fraisier) resepti

Reseptin məlumatları Baxış sayı: 4 402

Tarix : 16-08-2017, 19:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Biskvit üçün:
3 ədəd yumurta,
100 qr şəkər tozu,
50 qr un,
25 qr nişasta,
1 paket qabartma tozu,
1 paket vanil

Krem üçün:
400 ml süd,
200 qr şəkər tozu,
3 ədəd yumurta,
60 qr nişasta,
200 qr kərə yağı,
15 qr jelatin,
50 ml isti su,
1 ç.q. vanil

Sirop üçün:
100 ml su,
100 qr şəkər tozu

Üzəri üçün:
700-800 qr çiyələk,
100 qr şokolad

Hazırlanması:
Əvvəlcə biskvit üçün qeyd olunmuş ərzaqlarla həmişəki qayda ilə biskvit xəmiri hazırlayırıq və bişiririk. İstəyə bağlı olaraq bir biskvit bişirib, iki yerə bölə və ya 2 ayrı-ayrı biskvit bişirə bilərsiniz. Krem üçün süd və şəkər tozunun yarısını bir qaba töküb, az odda qaza qoyuruq. Digər bir qabda yumurta, nişasta və şəkər tozunun qalanını mikserlə qarışdırırıq. Süd qaynara düşdükdən sonra qazdan götürüb, az-az yumurtalı qarışımın üzərinə əlavə edirik və dayanmadan mikserlə qarışdırırıq. Daha sonra yenidən qaza qoyub, qarışdıra-qarışdıra qatılaşana kimi bişiririk. Qazdan götürdükdən sonra üzərinə kərə yağının yarısını əlavə edib, mikserlə qarışdırırıq. Soyuması üçün kənara qoyuruq. Bu vaxt ərzində jelatini qaynar suda isladırıq. Qarışım soyuduqdan sonra kərə yağının qalanını, jelatini və vanili əlavə edib, mikserlə qarışdırırıq. Kənarı açılıb-bağlanan keks qabına streç plyonka çəkib, biskviti yerləşdiririk və siropla isladırırıq. Qabın kənarlarına ikiyə bölünmüş çiyələk düzürük. Biskvitin üzərinə kremin çox hissəsini çəkib, üzərinə ara-sıra bütöv çiyələklər düzürük. İkinci biskviti yerləşdirib, yenə siropla isladırıq. Üzərinə kremin qalan hissəsini töküb, soyuducuya qoyuruq. Ən az 8 saat soyuducuda saxladıqdan sonra üzərinə sürtgəcdən keçirilmiş şokolad və çiyələklə bəzəyib, süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: sonra, şəkər, üzərinə, mikserlə, qarışdırırıq, biskvit, nişasta, qoyuruq, əlavə, yumurta, qarışdıra, düzürük, yarısını, tozunun, kremin, bilərsiniz, qalanını, isladırıq, siropla, hissəsini
BİZİ İZLƏYİN