• Biskvit tortu resepti

Reseptin məlumatları Baxış sayı: 52 981

Tarix : 11-01-2018, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Biskvit üçün:
7 ədəd yumurta,
1.5 st. şəkər tozu,
1.5 st. un,
1 paket qabartma tozu,
1 paket vanil

Krem üçün:
500 qr kərə yağı,
2 qutu qatılaşdırılmış süd

Üzəri üçün:
hazır jele şokolad,
krem şanti

Hazırlanması:
İlk öncə yumurta ağı və şəkər tozunu həcmi artana kimi mikserlə çalırıq. Tam bərkidikdən sonra yumurtanın sarılarını əlavə edib, çalmağa dacam edirik. Üzərinə ələnmiş un, vanil və qabartma tozu töküb, yavaş qarışdırırıq ki, yumurta sönməsin. Biskvitimizin xəmiri hazır olduqdan sonra sobada 180 dərəcə istilikdə bişiririk.

Bu müddət ərzində kremi hazırlaya bilərsiniz. Krem üçün yağ və qatılaşdırılmış südü mikserlə krem halını alana kimi qarışdırırıq.

Biskvit bişdikdən sonra bıçaq və ya sapın köməyi ilə 3 hissəyə bölürük. Aralarını kremləyib, üst-üstə yerləşdiririk. Üzərini hazır jele və krem şanti ilə zövqə görə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: hazır, sonra, yumurta, mikserlə, qarışdırırıq, Biskvit, bilərsiniz, şanti, qabartma, paket, şəkər, vanil, qatılaşdırılmış, bişiririk, halını, alana, hazırlaya, bişdikdən, istilikdə, ərzində
BİZİ İZLƏYİN