• Şokoladlı tort resepti

Reseptin məlumatları Baxış sayı: 75 181

Tarix : 12-11-2017, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 4 dənə yumurta
- 4 qaşıq şəkər
- ½ stəkan pudra şəkəri
- 3 qaşıq kərə yağı
- 2 stəkan un
- 3 qaşıq kakao
- Qabartma tozu

Krem üçün:
- 4 stəkan süd
- 5 qaşıq şəkər
- 4 qaşıq kakao
- 3 qaşıq un
- 2 qaşıq buğda nişastası
- 3 qaşıq kərə yağı

Hazırlanması:
Əvvəlcə tortun keksini hazırlayaq. Yumurtaların ağını və sarısını ayırın. Ağını şəkər tozu ilə birlikdə bir qabda krem ​​kimi olana qədər qarışdırın.

Başqa bir qabın içində unu ələyib üzərinə qabartma tozu, pudra şəkəri və kakaonu əlavə edib qarışdırın. Sonra yumurta sarıları ilə qarışdırın. Ardınca üzərinə yumurta ağı qarışımını əlavə edin. Yavaşca qarışdırın. Keks qəlibinə tökün və üzərini düzəldin.
Əvvəldən 170 dərəcədə isitdiyiniz sobada 20 dəqiqəyə bişirin.

Sıra gəldi kremi hazırlamağa. Süd, kakao, şəkər, un, yumurta sarısı və buğda nişastasını bir qazana tökün. Mikserlə qarışdırdıqdan sonra qazanı ocağın üstünə qoyun. Davamlı qarışdıraraq, təxminən 10 dəqiqə bişirin. Krem formasına düşdüyünü görəcəksiniz. Kremin altını söndürdükdən sonra kərə yağını əlavə edin. Qarışdırın ki, əriyib bir-birinə yaxşı qarışsın.

Keks soyuyandan sonra iki hissəyə bölün. Bir qatın üzərinə krem çəkin. Üzərinə keksin ikinci qatını qoyun və təkrar krem​ləyin.

Soyuducuda yarım saat gözlətdikdən sonra çıxarıb istədiyiniz kimi bəzəyin.

Nuş olsun!
Etiketlər: qaşıq, qarışdırın, sonra, şəkər, yumurta, kakao, üzərinə, stəkan, əlavə, tökün, bişirin, qoyun, pudra, şəkəri, buğda, altını, Kremin, qarışdırdıqdan, söndürdükdən, yağını
BİZİ İZLƏYİN