• Yaya özəl tort: rokoko resepti

Reseptin məlumatları Baxış sayı: 4 314

Tarix : 19-12-2017, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 stəkan süd
2 paket krem ​​şanti
2 ədəd yumurta
1 paket südlü şokolad
Yarım su stəkanı qədər şəkər tozu
1.5 paket kakaolu peçenye
250 qr qoz ləpəsi

Üstü üçün:
1 paket hazır şokolad sousu
Yarım litrə qədər süd

Hazırlanması:
Əvvəlcə bir qabda iki stəkan südlə iki paket krem ​​şantini mikserlə yaxşıca çırpın. Başqa bir qabın içində də iki yumurta və yarım stəkan şəkər tozunu şəkər əriyənə qədər mikserlə çırpın. Sonra hər iki qarışımı bir-birinin üstünə tökün, mikserin aşağı sürətilə qarışdırın. Üzərinə əlimizlə qırıb, əzdiyimiz peçenyeləri tökün. İri doğranmış qoz ləpəsi və südlü şokoladı da əlavə edib qarışdırın. Bu qarışımı kiçik bir şüşə qaba töküb, üzərini streçlə bağlayıb. Bir gecə buzxanada saxlayın. Servis etmək istəyəndə şokolad sousunu hazırlayıb, rokokonun üzərinə tökün.

Nuş olsun!
Etiketlər: paket, şəkər, tökün, stəkan, şokolad, qədər, ləpəsi, qarışımı, çırpın, Yarım, mikserlə, qarışdırın, yumurta, südlü, doğranmış, şokoladı, əlavə, qırıb, Üzərinə, əlimizlə
BİZİ İZLƏYİN