• Tort slenka resepti

Reseptin məlumatları Baxış sayı: 3 585

Tarix : 22-10-2018, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
200 qram şəkər
130 qram kərə yağı
130 qram qoz
130 qram qarğıdalı xlopyası
5 xörək q. qaymaq

İçlik:
500 qram kəsmik
2 xörək q. limon şirəsi
250 qram alma şirəsi
30 qram jelatin
200 qram qaymaq
80 qram şəkər
100 qram ümüm meyvəsi (bəzək üçün)

Hazırlanması:
İri bir qab götürün və odda şəkəri qəhvəyi rəng alanadək qarışdırın. Üzərinə qoz və qarğıdalı xlopyasın töküb qarışdırın.
Qaymaq və yağı əlavə edin və qaynayanadək qarışdırın və kənara qoyun.
Qalan qarğıdalı xlopyası və qozu qarışığa əlavə edib tez-tez kənarda qarışdırın.
Dairə formasında olan soba qabına xəmiri töküb 30 dəqiqə soyuducuda saxlayın.
İçliyi hazırlamaq üçün kəsmiyə limon şirəsi, şəkər, alma şirəsi qatın. Jelatini də suda isladın şişəndən sonra kəsmikli qarışığa əlavə edin.
Bərkimiş xəmirin üzərinə içliyi tökün və yenidən soyuducuya qoyun.
Üzərinə 33 %li qaymağı şəkər pudraı ilə çalın və şirniyyat torbası ilə güllər qoyun və aralarını böşluqları üzüm meyvəsi iə bəzəyin.

Nuş olsun!
Etiketlər: qarışdırın, şəkər, şirəsi, əlavə, qoyun, qarğıdalı, meyvəsi, töküb, qarışığa, Üzərinə, xörək, xlopyası, qaymaq, limon, xəmirin, üzərinə, içliyi, Bərkimiş, sonra, qatın
BİZİ İZLƏYİN