• Macarsayağı vatruşka resepti

Reseptin məlumatları Baxış sayı: 3 201

Tarix : 24-10-2018, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1, 5 su stəkanı şəkər
500 qram 9%-li kəsmik
3 yumurta
1 paket vanil
1 paket qabartama tozu
4-5 xörək q. xama
yarım banka bişmiş süd
100 qram kərə yağı
1,5 su stəkanı un
50 qram tünd şokalad

Hazırlanması:
Yağı xırda-xırda hissələrə bölün.
Una qabartma tozu, vanil və yarım su stəkanı şəkər qatıb yağı əlavə edin və əllə qarışdırıb umac halına salın.
İçliyi hazırlamaq üçün ama, yumurta, şəkər və vanili blendrlə çalın. 28 sm ölçülü dairə formasında soba qabına qida kağızı qoyub yağlayın.
Xəmiri iki hissəyə bölün.
Qaba tökün və üzərinə işliyi əlavə edin.
Qalan xəmii üstünə töküb hamarlayın.
Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
40 dəqiqə sobada bişirin.
Qatılaşdırılşım südü 2 xörək q. xamailə mikserlə şalın.
Başqa qaba şokoladı xırda-xırda dograyın.
Qalan xamanı əlavə edin və su vannasında qazda və ya mikrodalğalı sobada əridin.
Xəmir hazır olduqda isti halda qabdan çıxartmadan bişmiş süd qarışığını üzərinə əlavə edin və şokoladı üstünə tökün.
Diş çubuğu ilə şokoladı qarışdırın ki, qəşəng forma alsın.
Soyuduqdan sonra vatruşkanı qabdan çıxardıb servisə təqdim edin.

Nuş olsun!
Etiketlər: xırda, əlavə, şokoladı, şəkər, stəkanı, Qalan, üstünə, üzərinə, qabdan, sobada, tökün, bölün, bişmiş, yumurta, xörək, vanil, paket, yarım, bişirin, dograyın
BİZİ İZLƏYİN