• Sürrealist tortu resepti

Reseptin məlumatları Baxış sayı: 17 340

Tarix : 28-12-2015, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Şokoladlı lay:

250 q tünd şokolad
170 q kərə yağı
3 x.q. kakao
5 x.q. un
3 yumurta
4 x.q. şəkər tozu

Bananlı-kəsmikli lay:
200 q kəsmik
2 yumurta
2 orta boy şirin banan
2 x.q. şəkər tozu

Hazırlanması:

Su hamamında şokoladı və kərə yağını eynicinsli kütlə halına gələnədək əridin.

Yumurta və şəkər tozunu mikserlə 5 dəqiqə (artıq yox!) çalın.

Unu kakao tozu ilə qarışdırın.

Şokoladı çalınmış yumurtaya əlavə edib intensiv qarışdırın ki, şokolad dibə çökməsin. Unla yumurta qarışığını buraya əlavə edib lopa qalmasın deyə səliqə ilə qarışdırın. Şokoladlı lay hazırdır.

Kəsmikli layı hazırlamaq üçün kəsmik, yumurta, şəkər tozu və bananları blenderə qoyun.

Eynicinsli kütlə alınanadək xırdalayın.

Formanı kərə yağı ilə yağlayın. Əvvəlcə nazik qat şokoladlı xəmirdən bir qədər tökün.

Üzərinə kəsmikli laydan bir az tökün. Kibrit çöpü ilə ehmalca dalğavari hərəkət edərək layları azacıq qarışdırın.

Sonra bir neçə lay beləcə üst-üstə tökün.

175 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: şəkər, yumurta, qarışdırın, tökün, kəsmik, əlavə, kütlə, kəsmikli, dəqiqə, Şokoladlı, şokolad, kakao, şokoladlı, qədər, xəmirdən, xırdalayın, alınanadək, Eynicinsli, qoyun, Üzərinə
BİZİ İZLƏYİN