• Napaelon resepti

Reseptin məlumatları Baxış sayı: 4 136

Tarix : 9-12-2018, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : miss_ira_de


Tərkibi:
Xəmir:
150 ml soyuq su,
1 x.q. sirkə,
400 qr yağ,
700 qr un

Bişmiş krem:
500 ml süd,
5 x.q. şəkər tozu,
1 ədəd yumurta,
2 x.q. un,
1 paket vanil

Krem 2:
150 qr yağ,
6 x.q. qatılaşdırılmış süd.

Hazırlanması:
Əvvəlcə un və yağı, bıcaqlar döyərək(əl ilə də etmək olar) umac halına gətiririk. Üzərinə su, sirkə və yumurta qarışımını əlavə edib, xəmir yoğururuq. Diqqət etmək lazımdır ki, xəmir nə bərk, nə də yumuşaq olmasın. Xəmirdən 10-12 kündə tutub, bir-bir yayırıq və 200 dərəcə istilikli sobada bişiririk.
Bu müddət ərzində kremi hazırlaya bilərsiniz. Hər iki kremi hazırlayıb, bişmiş kremin soyumağını gözləyirik. Soyuduqdan sonra 2-ci kremlə qarışdıraraq, korjların üzərinə çəkirik.
Tortun üzərini oxantı ilə bəzəyib, şəkər pudrası səpə bilərsiniz.

Nuş olsun!
Etiketlər: bilərsiniz, etmək, xəmir, yumurta, kremi, sirkə, şəkər, kremin, soyumağını, bişiririk, bişmiş, hazırlayıb, ərzində, gözləyirik, hazırlaya, müddət, kremlə, üzərini, Tortun, oxantı
BİZİ İZLƏYİN