• Şokoladlı dondurma tortu resepti

Reseptin məlumatları Baxış sayı: 5 496

Tarix : 11-04-2018, 20:00

Bölmə : Tort reseptləri / Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Oreolu dondurma (Siz zövqə görə istədiyiniz dondurmadan istifadə edə bilərsiniz)
1 paket peçenye
2 xörək qaşığı kərə yağı
100 qram qaymaq
100 qram şokolad (zövqə görə südlü,acı və ya ağ şokolad istifadə edə bilərsiniz)

Hazırlanması:
Peçenyeləri kərə yağı ilə birlikdə doğrayıcıya əlavə edib doğrayın. Sonra bir düz bir qaba əlavə edib əlinizlə qabın dibinə yayın (qabın dibində sıxılmalı – biskvit kimi olmalıdır) və 10 dəqiqə dondurucuda saxlayın. Həmin müddətdə isə siz qaymağı bir qazana əlavə edib qaynama səviyyəsinə çatana kimi bişirin (qaynamamalıdır). İsti qaymağı şokoladın üzərinə əlavə edib əriməsi üçün kənara qoyun. Çox soyumamış şokolad və qaymağı bir neçə dəfə qarışdırmaq lazımdır. Dondurucudakı biskvitin üzərinə bütün dondurmanı səliqə ilə əlavə edib yayın. Sonra şokoladla qaymağı da bunun üzərinə axıdın. Dondurma tortunun üzərini istədiyiniz kimi bəzəyə bilərsizniz. Biz sizə karamel və fındıqlardan və ya oreolardan istifadə etməyinizi məsləhət görə bilərik.

Nuş olsun!
Etiketlər: əlavə, qaymağı, istifadə, şokolad, üzərinə, qabın, zövqə, yayın, Sonra, istədiyiniz, bilərsiniz, lazımdır, qarışdırmaq, Dondurucudakı, biskvitin, bütün, soyumamış, qoyun, fındıqlardan, şokoladın
BİZİ İZLƏYİN