• Şokoladlı tənbəl tortu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 27 539

Tarix : 29-09-2014, 22:00

Bölmə : Tort reseptləri / Foto reseptlər / Praktik reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 10-12


Tərkibi:
200 q peçenye
100 q qoz-fındıq (yaxud keşyu)
50 q ağ şokolad
250 ml 30-35%-li qaymaq
2 x.q. bal
400 q tünd şokolad
100 q kərə yağı
kakao tozu (üstünə səpmək üçün)

Hazırlanması:
Peçenye, qoz və ağ şokoladı əlinizlə xırdalayın.

Tünd şokoladı xırda doğrayın, ya da əlinizlə bir qədər iri tikələrə bölüb ləyənçəyə yığın.
Şokoladlı tənbəl tortu resepti - FOTO RESEPT


Tayqulpa qaymaq, kərə yağı və bal qoyun.
Şokoladlı tənbəl tortu resepti - FOTO RESEPT


Ocağın üstünə qoyub, qarışdıra-qarışdıra qaynara düşənəcən gözləyin (bu müddətdə kərə yağı əriməlidir).

Bunu tünd şokoladın üstünə tökün, şokolad əriyənədək qarışdırın.

Peçenye, qoz və ağ şokoladı əlavə edib qarışdırın.
Şokoladlı tənbəl tortu resepti - FOTO RESEPT


Bu qarışığı içinə qida plyonkası çəkilmiş kənarları açılan formaya (20 sm diametrli) tökün.

Soyuducuda 3 saat saxlayın. Süfrəyə verəndə soyuducudan çıxarın, formanın kənarlarını açın, tortu doğrayıb boşqablara düzün, üstünə kakao tozu səpin.
Şokoladlı tənbəl tortu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üstünə, şokolad, şokoladı, əlinizlə, kakao, Peçenye, qaymaq, qarışdıra, qarışdırın, tökün, diametrli, kənarları, formaya, içinə, əlavə, qarışığı, Soyuducuda, plyonkası, çəkilmiş
BİZİ İZLƏYİN