• Balkanların napoleon tortu resepti

Reseptin məlumatları Baxış sayı: 22 151

Tarix : 30-09-2014, 10:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q qat-qat xəmir
4 yumurta
100 q nişasta
30 q un
300 q şəkər tozu
2 paket vanilli şəkər
750 ml süd
250 ml yağlı qaymaq

Hazırlanması:
Qat-qat xəmiri yayın, formanın ölçüsündə iki yerə bölün.

Xəmiri çəngəllə deşin. Hər layı 180 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə, qızılı rəng alınca bişirin.

Bir layı əsas üçün saxlayın. Digərini isə porsion dördbucaqlılara bölün.

Yumurta ağlarını 100 q şəkər tozu ilə möhkəm çalın.

Yumurta sarılarını ayrı qabda 100 q şəkər tozu ilə çalın, vanilli şəkər tozu, nişasta, un və su əlavə edib qarışdırın.

Südü qaynadın. Yumurta sarılarından hazırladığınız kremi əlavə edib qarışdıra-qarışdıra ocağın üstə qatılaşanadək bişirin. Ocaqdan götürəndən sonra çalınmış yumurta ağlarını əlavə edin. Bu kremi əsas layın üzərinə bərabər qaydada yayın.

Qaymağı 100 q şəkər tozu ilə çalın. Donmuş kremin üzərinə çəkin. Üzərinə isə dördbucaqlı şəkildə kəsdiyiniz korj parçalarını yerləşdirin. Soyudun. Süfrəyə verəndən əvvəl üzərinə şəkər pudrası səpin.

Nuş olsun!
Etiketlər: şəkər, çalın, üzərinə, əlavə, Yumurta, bişirin, kremi, bölün, ağlarını, yayın, vanilli, yumurta, nişasta, qarışdıra, layın, qaydada, bərabər, ocağın, Ocaqdan, sonra
BİZİ İZLƏYİN