• Şimal ayısı tortu - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 27 331

Tarix : 1-10-2014, 11:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

1 yumurta
200 q şəkər tozu
200 q xama
60 q kərə yağı
3 x.q. kakao
1 ç.q. söndürülmüş soda
2-3 st. un

Qlazur üçün:
70 q şəkər tozu
60 q kərə yağı
2 x.q. kakao
80 ml qaymaq

Krem üçün:
600 q xama
Krem üçün şəkər tozu - zövqə görə

Hazırlanması:
Yumşalmış kərə yağını yumurta və şəkər tozu ilə çalın.
Şimal ayısı tortu - FOTO RESEPT


Söndürülmüş soda, xama əlavə edib yenə çalın.
Şimal ayısı tortu - FOTO RESEPT


Unun təqribən yarısını əlavə edin, qarışdırın, xəmiri iki yerə bölün. Bir hissəsinə unun qalanının yarısını, o birinə unun digər yarısı ilə kakao əlavə edin. Bunları ayrılıqda yoğurun. Xəmir çox bərk olmamalı və ələ yapışmamalıdır.
Şimal ayısı tortu - FOTO RESEPT


Hər xəmiri 3 bərabər hissəyə bölün.
Şimal ayısı tortu - FOTO RESEPT


Hər kündəni yayın. 200 dərəcə qızdırılmış sobada 5-7 dəqiqə bişirin.
Şimal ayısı tortu - FOTO RESEPT


Hazır korjların kənarlarını kəsib hamarlayın.
Şimal ayısı tortu - FOTO RESEPT


Yağ, qaymaq, şəkər tozu və kakaodan qlazur bişirin.

Xamanı şəkər tozu ilə çalın.

Korjlar və qlazur soyuyandan sonra tortu yığın.
Şimal ayısı tortu - FOTO RESEPT


Altdan şokoladlı korjun birini qoyun, üstünə xamalı krem çəkin, üzərinə açıq rəngli korju qoyub krem çəkin və beləliklə bütün korjları növbə ilə üst-üstə düzün.

Tortun kənarına xamalı krem, üstünə isə şokoladlı qlazur çəkin.
Şimal ayısı tortu - FOTO RESEPT

Şimal ayısı tortu - FOTO RESEPT


Yaxşı olar ki, bir gecə saxlayıb kremi hopdurmasını gözləyəsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, çalın, qlazur, çəkin, kakao, əlavə, yarısını, xəmiri, üstünə, xamalı, şokoladlı, bölün, bişirin, Xəmir, yumurta, qaymaq, korjun, birini, söndürülmüş, Qlazur
BİZİ İZLƏYİN