• 2019 Yeni İl tortu resepti

Reseptin məlumatları Baxış sayı: 8 276

Tarix : 9-11-2018, 15:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10


Tərkibi:
12 yumurta
6 çay stəkanı toz şəkər
9 yemək qaşığı kakao
6 çay stəkanı un
3 paket qabartma tozu
3 paket vanil
1 su stəkanı damla şokolad

Keksi islatmaq üçün:
80 q südlü şokolad
3 su stəkanı süd

Üzəri üçün:
Ağ şəkər xəmiri

Bəzəmək üçün:
Qırmızı, yaşıl, ağ qəhvəyi şəkər xəmiri
Yeni il bəzəkləri

Hazırlanması:
Yumurta və şəkər tozu geniş bir qarışdırma qabına alıb bir mikser ilə şəkər tamamilə əriyənə qədər çalın. Kakao, un, qabartma tozu, vanil və damla şokoladı əlavə edib təkrar çalın. Keks xəmirini fərqli ölçülərdəki iki keks qabına bölüşdürün. Əvvəldən isidilmiş 180 dərəcə sobada 35 dəqiqə bişirin. Keksi islatmaq üçün şokoladı benmari üsulu əridib südlə qarışdırın. Soyuyan keksləri şokoladlı südlə isladıb üst-üstə yığın. Ağ şəkər xəmirini incə açıb tortun üzərini örtün. Rəngli şəkər xəmirləri etdiyiniz yeni il mövzulu bəzəkləri tortunun üstünə yerləşdirin. Şəkər xəmirinin əriməməsi üçün tortun bir müddət soyuducusunda saxlayın.

Nuş olsun!
Etiketlər: tort, tort bezemek, tort reseptleri, tortlarin hazirlanmasi, tort bezekleri, tort bezekleri instagram, yeni il tortu bezemek, yeni il tortlarinin hazirlanmasi, yeni il ucun tort bezekleri, yeni il tortu instagram
BİZİ İZLƏYİN