• Kəsmikli ananaslı tort resepti

Reseptin məlumatları Baxış sayı: 4 168

Tarix : 13-01-2019, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 yumurta
1 su stəkanı şəkər
1 su stəkanı un
1 limon qabığı
300 qram maskarponi pendiri
20-30%-li 250 qram qaymaq
20 qram jelatin
130 qram su
5 xörək q. şəkər tozu
1 banka konservləşdirilmiş ananas

Hazırlanması:
Yumurtanın ağını şəkərlə mikserlə bize forması alanadək çalın.
Üzərinə yumurta sarısı əlavə edin.
Limon qabığını sürtgəcdən keçirib əlavə edin.
Unu əlavə edin və bir istiqamətdə qarışdıırn.
24 sm ölçülü soba qabına tökün.
Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 25-30 dəqiqə bişirin.
Biskvit hazır olduqda soyuduqdan sonra onu 2 hissəyə bölün.
Jelatini suda isladın.
qaymaqdan 3 xörək q. kənara qoyun. Maskarponini qaymaq və şəkərlə çalın. Helatini su vannasında əridin və ananas meyvəsi ilə birlikdə qarışığa əlavə edin.
Tortu yanları hündür qabda hazırlayın. Soba qabında da hazırlamaq olar. Biskvitin 1-ci korjunun üzərinə kremi tökün. Üzərinə ikinci biskviti qoyun.
Kənara qoyduğunuz qaymaqla xırdalanmış şokoladı bir qabda aşağı odda əridin. Alınmış qlazuru tortun üzərinə tökün.

Nuş olsun!
Etiketlər: əlavə, tökün, qabda, ananas, stəkanı, əridin, yumurta, üzərinə, şəkərlə, Üzərinə, xörək, şəkər, çalın, qoyun, qaymaq, Tortu, yanları, hündür, vannasında, kənara
BİZİ İZLƏYİN