• Ballı tort resepti

Reseptin məlumatları Baxış sayı: 6 429

Tarix : 6-04-2019, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 yemək qaşığı bal,
150 qr toz şəkər,
2 yemək qaşığı kərə yağı,
3 ədət iri yumurta (mçəngəllə yaxşıca çırpılmış),
1 çay qaşığı soda,
425 qr un,

Araları üçün krem:
1 paket labne pendiri,
225 qr pudra şəkəri,
400 ml süd kremi,

Üzərinə:
Təzə çiyələk,
böyürtkən

Hazırlanması:
Orta boy qazana bal, şəkər və kərə yağı qoyun.
Vam atəşdə arabir şəkər əriyənə qədər (5-7 dəqiqə çırparaq əridin).
Şəkər əriyər- əriməz ocaqdan alıb hələ isti olduğu halda çırpılmış yumurtaları əlavə edin.
Burada yumurtaları qarışığa əlavə etmək çox önəmlidir.
Az-az, yavaş yavaş incə bir şəkildə davamlı tökərək yumurtalar tamamən qarışıma qatılana qədər sürətli qarışdırın.
Sodanı əlavə edib qarışdırın.
Unu 4-5 dəfədə şpatula ilə qarışdırmaqla yavaş-yavaş əlavə edib yoğurun.
Ələ yapışmayan bir xəmir yoğurun və 8 bərabər parçaya ayırın.
Dəzgahı yaxşıca unlayın və hər bir kündəni 23-25 sm-lik bir dairə böyüklüyündə açın.
23 sm-lik bir qazan qapağı ilə daima kəsin.
Hər dəfə 2 qat olmaq üzrə fırın kağızı sərilmiş fırın sinisinə qoyun və əvvəlcədən 175 dərəcə qızdırılmış fırında 4-5 dəqiqə nar kimi qızarana qədər bişirin.
Qazan qapağı ilə kəsiləndə çıxan parçaları da fırına qoyub bişirin soyuduqdan sonra mətbəx robortundan keçirdin.(sonda tortun üstünü onunla örtəcəyik)
Çox tez bişdiyi üçün yanmamasına diqqət etmək lazımdır.
Bütün parçalar bişdikdən sonra aralarına krem qoyun.
Südlü krem qatılaşana qədər çırpın.
Başqa bir kasada labne pendirini və şəkər pudrasını birlikdə çırparaq daha əvvəlcədən çırpılan südlü kremə qataraq xüsusi bir hal alana qədər qarışdırın.
Düz bir tabağa tortun bir qatını qoyun və üzərinə bol krem yaxaraq hər tərəfini qapadın.
İkinci qatı da onun üzərinə qoyaraq krema ilə qapadın və bütün qatlar bitənə qədər bu işləri davam edin.
Biskivit qatları kremi çəkəcəyi üçün aralarına qoyduğunuz kremi bir az çox qoyun.
Bütün qatlarını kremlədikdən sonra yerdə qalan kremi də tortun üzərini qapadın.
Üzərinə və yanlarına mətbəx robortundan keçirtdiyiniz qırıntıları səpin və bir gecə üzəri qapalı olaraq soyuducuda saxlayın.
Arzuya görə təzə meyvə(çiyələk, böyürtkən) ilə birlikdə servis edin.

Nuş olsun!
Etiketlər: qədər, qoyun, əlavə, kremi, yavaş, şəkər, qaşığı, tortun, sonra, qarışdırın, qapadın, aralarına, bişirin, yumurtaları, Bütün, əvvəlcədən, yoğurun, qapağı, birlikdə, çırparaq
BİZİ İZLƏYİN