• Çiyələkli tort resepti

Reseptin məlumatları Baxış sayı: 5 713

Tarix : 6-06-2019, 12:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Pandispanya üçün:
4 yumurta,
1 su stəkanı şəkər tozu,
1 limon qabığı rəndəsi,
1 şorba qaşığı kakao,
2 stəkan un,
1 paket vanilin,
1 paket qabartma tozu,

Ara kremi üçün:
1,5 su stəkanı soyuq süd,
2,5 su stəkanı krem şanti tozu,
3 şorba qaşığı labne,
3 şorba qaşığı şəkər pudrası,
Damla şokolad,
Təzə kiçik-kiçik doğranmış çiyələk,
50 q benmari üsulu əridilmiş şokolad,

Hazırlanması:
Pandispanya hazırlamaq üçün:
Yumurta və şəkəri krem qatılığına gələnə qədər yaxşıca çırpın.
kakao və limon rəndəsini əlavə edin.
Sonra sırasıyla un, vanilin, qabartma tozunu da əlavə edərək çırpın.
18 sm-lik kələpçəli qabların altına yağlı kağız sərin və xəmiri ora toküb 170 dərəcə fırında bişirin.
Ara kremini hazırlamaq:
Süd, krem şanti, labne və pudra şəkərini yaxşıca çırpın.

Donması üçün soyuducuya qoyun.

Tortun hazırlanması:
Pandispaniyanın ilk qatını servis qabına alın və meyvə suyu ilə isladın.
Kremini yaxın ,doğranmış çiyələk və damla şokoladı səpin.
İkinci qatı da üzərinə qoyub eyni işləmi təkrarlayın.
Qalan krem ilə tortun hər tərəfini örtün.
Ortasına bütün çiyələkləri yerləşdirin və üzərinə ərinmiş şokoladları səpin.
Dincə qoymaq üçün soyuducuya qoyun.

Nuş olsun!
Etiketlər: şorba, çırpın, stəkanı, qaşığı, çiyələk, şokolad, əlavə, Pandispanya, kiçik, hazırlamaq, səpin, yaxşıca, üzərinə, şanti, labne, soyuducuya, kakao, qoyun, vanilin, paket
BİZİ İZLƏYİN