• Ballı tort resepti

Reseptin məlumatları Baxış sayı: 6 453

Tarix : 26-06-2019, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Keks üçün:
200 q şəkər,
520q un,
2yumurta,
55 q kərə yağı,
2 şorba qaşığı bal,
1 paket qabartma tozu,

Qatılaşdırılmış süd üçün:
1200 q yağlı süd,
200 q şəkər,

Kremi üçün:
300 q qatılaşdırılmış süd,
3 yumurta,
2 şorba qaşığı bal,
55 q kərə yağı,

Süsləmək üçün:
400 q fındıq ləpəsi,

Diqqət:
Südü qaynadarkən içərisinə taxta qaşıq qoymaq südün daşmasının qarşısını alacaqdır.

Bişirmə məsləhəti:
Keks qatlarını fansız proqramda bişirməniz incə təbəqələrin dağılmasının qarşısını alacaqdır.

Hazırlanması:
Keksin hazırlanması:
Yumurta və şəkəri çırparaq yumurtanı qabardın.
Boş bir qazanın içərisinə su qoyaraq ocağa qoyun.
İstiyə davamlı və içi su dolu qazanın içərisinə rahatça oturacaq bir qab hazırlayın.
Bu metoddan istifadə edərək kərə yağını birbaşa istiyə təmas etmədən əridin.
Əriyən kərə yağının içərisinə un və qabartma tozu xariç qalan ərzaqları əlavə edərək qarışdırın.
Qarışıq ələ yapışmayan bir hala geldiyi zaman yumurta və şəkərli qarışığı da əlavə edərək mikser yardımı ilə çırpın.
Qarışım ilk hcminin iki qatına çıxdığı zaman, ıstiyi kəsin.
Unu qarışıma yaxşıca yedirdərək həddindən çox çırpmadan taxta qaşıqla qarışdırın.
Qat qat bir tort olduğu üçün hər bir qatı ayrı ayrı ayrı bişirmək ən sadə bir metod olacaqdır.
Fırın sinisinə yağlı kağız sərin.
1,5 çömçə xəmirdən tökərək eyni və incə bir təbəqə halında yayın.
Əvvəlcədən 165 dərəcə qızdırılmış fırında 5-6 dəqiqə bişirin.
Xəmir bitənə qədər bunu7-8 dəfə təkrarlayın.
Yuvarlaq bir qəlib yardımı ilə düzgüncə kəsin.
Keks qatlarınız hazır!

Qatı südün hazırlanması:
Südü orta atəşdə qaynadın.
Hər qaynayanda üzərinə yığılan tortuyu alaraq bu işləmi 2 saata yaxın davam edin.
Südmiqdarı azaldıqca taşım sürəsi qısalacaqdır.
300 qr süd qalana qədər davam edin (Göz qərarı 1+1,5 su stəkanı).
Daha sonra ocaqdan alıb içərisində qalanı süzgəcdən süzün.
Süzdüynüz südün içərisində ölçdüyünüz şəkərinizi əridin və təkrar ocağa alın.
Qaynayınca ocaqdan alıb soyudun.
Südünüz bu metodla qatılaşacaqdır.

Kreminin hazırlanması:
Kərə yağını əridib , soyudun.
Kərə yağı xaric bütün ərzaqları geniş bir qabın içərisində çırpın və ən son kərə yağını əlavə edib çırpın.
Krem qatılaşdığı zaman soyuması və hazır hala gəlməsi üçün soyuducuya qoyun.

Keksin hazırlanması:
Qat qat hazırladığımız keksin ilk qatına incə bir təbəqə krem ilə yağlayın və üzərinə narın əzilmiş fındıq əlavə edib diğər qata keçin.
Keks qatlarınız bitənə qədər davam edin.
Ən üst qata krem sürtün və üzərini fındıq ilə qapadın.
İstəsəniz bəzəyən zaman damla şokolad və yaxud da qoz istifadə edə bilərsiniz.
Servis edərkən təzə meyvələrlə servis tabağını süsləyə bilərisiniz.

Nuş olsun!
Etiketlər: içərisinə, zaman, əlavə, hazırlanması, edərək, yağını, südün, çırpın, davam, fındıq, içərisində, qədər, qoyun, ərzaqları, qazanın, qarışdırın, kəsin, ocağa, istifadə, şəkər xəmiri ilə tortlar
BİZİ İZLƏYİN