Tərkibi:
Biskvitin:5 yumurta
1 st şəkər tozu (pesok)
1 st un
Kremi üçün:500 qr yağ
2 banka squşonka(370 qr yazılan bankadan)
Arası üçün:Müxtəlif siroplar
Qoz ləpəsi
Karamel
Kofe
Hazırlanması:Yumurtayla pesoku mikserlə agarıncayadək çalıb,unu töküb yavaş yavaş qarışdırmaq.
Sonra yağlanmış ve qızdırılmış, perqament kagız qoyulmuş tort qabına töküb 180 dərəcədə duxovkada (qazanda bişirənlər qazın üstündə bişirir deyə duxovkanı əsasən vurguladım) 35-40 dəqiqə bişirmək. Ağzını acmaq olmaz duxovkanın, iyisi gəldikdə təxmini 25-30 dəqiqədə ağzını acıb tez bir iki yerindən deşib tezcə baglamaq.
Bişdikdən sonra tez ağzıüste süfrəyə çevirmək, soyuduqdan sonra aradan iki bölüb zövqə görə şərbət və ya sirop tökmək, kremləyib kremin üstdən doğranmış qoz səpmək, sonra karamel tökmək hər tərəfinə, o biri listi üstünə qoyub yenidən kremləmək, soyuq yerə qoymaq,marsipanı hazırlamaq.
Marsipanı əvvəldən secilmiş ölcünü götürüb xəmir gündesi kimi edib yaymaq oxlovla,qargıdalı kraxmalıyla yaymaq yapışmasın deyə, tortun üstünə sərib marsıpan ütüsüylə (şəkildə var ütü) hamarlayıb kənardan artıqlarını cıxarırıq,üstünə bəzəklər zövqə görə kim necə edə bilir,kim necə sevir elə etsin,üstünə bəzəklər bir birinə sadece suyla yapışdırılır.
Bunlar marsipanlı tort üçün lazım olan alətlərdir:Bunlar isə dükanlarda hazır satılan marsipan və bəzəklər:Və nəhayət möhtəşəm marsipanlı tortların şəkli:Nuş olsun!
Etiketlər: üstüne, sonra, marsipan, töküb, marsipanlı, Bunlar, bezekler, zövqe, yaymaq, tökmek, yavaş, marsipanı, Marsipanı, hazırlamaq, ölcünü, gündesi, xemir, götürüb, secilmiş, evvelden