• Kedidilli pratik tortcuk resepti

Reseptin məlumatları Baxış sayı: 2 892

Tarix : 14-02-2019, 23:15

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 qram bitter şokolad
100 qram südlü şokolad
33 ədəd kedidili
Yarım paket krem şəndi
Yarım su stəkanı soyuq süd
200 qram soyuq krem
Yarım su stəkanı su
1 çay qaşığı kimyəvi qəhvə

Bəzəmək üçün:
Çiyələk və qarağat

Hazırlanması:

Krem şantiyi südlə çalıb, soyudun. Bitter və südlü şokoladı birlikdə benmari üsulu əridib, soyudun. Kremi mikser yüksək dövründə qalxana qədər çırpın və əridilmiş şokoladı əlavə edin. Krem şantiyi, spatula ilə yumşaq və qarışığın keçməməsinə diqqət göstərərək üzərinə əlavə edin. Kremi sıxma torbasına alın. 5 ədəd kedidil-i ilə dik bir çevrə qurun. Altına yarım kedidil-ini baza olaraq qoyun və yarım su stəkanı su tökdüyünüz qəhvə ilə bir az isladın. Ortasına hazırladığınız kremi sıxın. Lent ilə bağlayaraq möhkəmləndirin. Çiyələk və qarağat ilə bəzəyərək xidmət edin.

Nuş olsun!
Etiketlər: Yarım, stəkanı, şantiyi, qarağat, Çiyələk, şokoladı, Kremi, əlavə, kedidil, yarım, qəhvə, soyudun, şokolad, südlü, soyuq, çevrə, olsun, qurun, Altına, sıxma
BİZİ İZLƏYİN