• Kəsmik və ananaslı tort resepti

Reseptin məlumatları Baxış sayı: 7 299

Tarix : 6-10-2019, 12:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 yumurta
1 stəkan şəkər
1 stəkan un
1 limon qabığı
300 qram maskarpone pendiri
20-30%-li 250 qram qaymaq
20q jelatin
130q su
5 x. q. şəkər tozu
1 banka konservləşdirilmiş ananas

Hazırlanması:
Yumurtanın ağını şəkərlə mikserlə çalın.
Üzərinə yumurta sarısı əlavə edin.
Limon qabığını sürtgəcdən keçirib əlavə edin.
Unu əlavə edin və bir istiqamətdə qarışdırın.
24 sm ölçülü soba qabına tökün.
Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 25-30 dəqiqə bişirin.
Biskvit hazır olduqda soyuduqdan sonra onu 2 hissəyə bölün.
Jelatini suda isladın.
Qaymaqdan 3 x. q. kənara qoyun. Maskarponeni qaymaq və şəkərlə çalın. Helatini su vannasında əridin və ananas meyvəsi ilə birlikdə qarışığa əlavə edin.
Tortu yanları hündür qabda hazırlayın. Soba qabında da hazırlamaq olar. Biskvitin 1-ci korjunun üzərinə kremi tökün. Üzərinə ikinci biskviti qoyun.
Kənara qoyduğunuz qaymaqla xırdalanmış şokoladı bir qabda aşağı odda əridin. Alınmış qlazuru tortun üzərinə tökün.

Nuş olsun!
Etiketlər: əlavə, tökün, Üzərinə, çalın, şəkərlə, qoyun, qabda, əridin, ananas, yumurta, üzərinə, qaymaq, stəkan, şəkər, qarışığa, birlikdə, Tortu, yanları, hündür, meyvəsi
BİZİ İZLƏYİN