• Sacherin şokolad tort resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14651

Tarix : 8.10.2014, 18:00

Bölmə : Tort reseptləri, Meyvəli şirniyyatlar, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Düzdür, bu resepti tam adlandırmaq doğru olmaz. Çünki əsl resept gizli saxlanılır. Ancaq ərzaqların seçimi eynidir - şokoladlı biskvit, ərik cemi və şokoladlı qlazur. Ərzaqlar 21-23 sm diametri olan forma üçün nəzərdə tutulub.

Tərkibi:
Biskvit üçün:

110 q kərə yağı
220 q şəkər tozu
6 yumurta (ağı və sarısı ayrılır)
130 q şokolad
150 q un

Qanaş üçün:
180 q tünd şokolad (50% və daha çox kakao)
150 ml qaymaq

Arası üçün:
150 q ərik konfitürü və ya cemi
Sacherin şokolad tort resepti - FOTO RESEPT


Hazırlanması:
Otaq temperaturunda olan kərə yağını şəkər tozunun yarısı ilə krem qatılığına gələnədək çalın. Yumurta sarılarını əlavə edib yenə çalın.
Sacherin şokolad tort resepti - FOTO RESEPT


Yumurtaların ağını şəkər tozunun qalanı ilə merengi halına düşənədək çalın.
Sacherin şokolad tort resepti - FOTO RESEPT


Şokoladı su hamamında əridin, yağlı-yumurta sarılı qarışığa əlavə edin.
Sacherin şokolad tort resepti - FOTO RESEPT


Çalın.
Sacherin şokolad tort resepti - FOTO RESEPT


Şokoladlı qarışığa merengini əlavə edin, üstünə unu ələyin.
Sacherin şokolad tort resepti - FOTO RESEPT


Səliqə ilə, aşağıdan yuxarıya qaldırmaqla eynicinsli kütlə halına gələnədək qarışdırın. Çalışın, merenginin havasını çox çıxarmayasınız.
Sacherin şokolad tort resepti - FOTO RESEPT


Siniyə perqament döşəyin, xəmiri içinə tökün. 180 dərəcə qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin (sobalar fərqləndiyindən, əgər lazım gələrsə, bir qədər artıq bişirin). Sobadan çıxarın, 15 dəqiqə saxlayın, sonra formadan çıxarıb tam soyudun.

Qanaş: şokoladı xırda doğrayın. Qaymağı qaynara düşənədək qızdırın, şokoladın üzərinə əlavə edin, şokolad tam əriyənədək qarışdırın.
Sacherin şokolad tort resepti - FOTO RESEPT


Qanaşı otaq temperaturunda 15 dəqiqə saxlayın.

Soyumuş biskviti ortadan iki korja bölün. Arasına ərik cemi və ya konfitürü çəkin. Tortun üzərinə qanaşı çəkin. Soyuducuda iki saat saxlayın. Süfrəyə çalınmış qaymaqla verə bilərsiniz.
Sacherin şokolad tort resepti - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: əlavə, dəqiqə, çalın, saxlayın, şokolad, şəkər, düşənədək, bişirin, yumurta, Qanaş, gələnədək, tozunun, temperaturunda, konfitürü, halına, üzərinə, çəkin, qarışdırın, şokoladlı, qarışığa
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica