Tərkibi:Un – 250q
Kərə yağı – 125q
Yumurta – 1 ədəd
Yumurta sarısı – 1 ədəd
Şəkər pudrası (xəmir üçün) – 25q
Bişmiş qatılaşdırılmış süd - 1 banka
Banan – 3-4 ədəd
Qaymaq (30%-dan az olmayaraq) – 300-400 ml
Qəhvə (həll olunan) – 300-400ml
Duz – 1 çimdik
Hazırlanması:Un, şəkər pudrası (25q) və duzu qarışdırın. Soyuq yağı əlavə edin və əlinizlə qarışdırın, sonra yumurta əlavə edin və xəmiri yoğurun (qısa zaman ərzində). Soyuducuya 30-40 dəqiqəlik yerləşdirin. Formaya yağ çəkin, xəmiri əlinizlə yerləşdirin, qıraqlarını hündür edin. Xəmir qatını qalın etsəniz yaxşı olar. Üzərinə kağız düzün və ağır nəsə yerləşdirin. 180 dərəcədə bişirin, rəngi qızılı olana qədər. Soyudun.
Krem üçün qaymağı şəkər pudrası və qəhvə ilə çalın. Soyumuş korj üzərinə qatılaşdırılmış südü (bankanı evdə özünüz bişirsəniz daha yaxşı olar) tökün. Üzərinə doğranılmış bananları düzün, krem ilə bəzəyin və üyüdülmüş qəhvə tökün. Soyuducuda saxlayın.
Nuş olsun!
Etiketlər: yerləşdirin, pudrası, xəmiri, tökün, şəkər, əlinizlə, qəhvə, əlavə, Yumurta, Üzərinə, qarışdırın, düzün, qatılaşdırılmış, yaxşı, Soyudun, qədər, bişirin, kağız, dərəcədə, rəngi