• Yulaf unu ilə şəkərsiz tort resepti

Reseptin məlumatları Baxış sayı: 8 144

Tarix : 16-12-2019, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : fitfood.azerbaijan


Tərkibi:
2 yumurta
3 xörək qaşığı yulaf unu
3 xörək qaşığı düyü unu
250 ml süd (0,5%-lik süd)
1 xörək qaşığı kakao
1 çay qaşığı soda
İstəyə uyğun şəkər əvəzləyicisi

Hazırlanması:
Bütün inqrediyentləri qarışdırdıqdan duru xəmir alınır, sonra yapışmayan tavada blinçik formalaşdırırıq, iki tərəfli tavanın qapağını örtərək bişiririk.
Məndə 5-6 qat alındı.

Krem üçün:

Yumşaq kəsmik 340 qram
Qatıq 100 qram
2 xörək qaşığı şəkər əvəzləyicisi (mən bal işlətdim)
Hamısını qarışdırıb qatların arasına çəkirik.

Hazırladıqdan sonra bir neçə saat soyuducuda saxlayırıq ki, krem qatlara yeyilsin. Üstünü isə kakao mən parçacıqları ilə bəzədim.

Nuş olsun!
Etiketlər: qaşığı, xörək, şəkər, əvəzləyicisi, sonra, kakao, Hamısını, arasına, qatların, işlətdim, qarışdırıb, firmasının, kəsmik, məndə, Danone, Qatıq, soyuducuda, Üstünü, parçacıqları, bəzədim
BİZİ İZLƏYİN