• Motsart tortu resepti

Reseptin məlumatları Baxış sayı: 10653

Tarix : 22.11.2020, 12:00

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Xəmir üçün:
* yumurta ağı - 90 qram
* yumurta sarısı - 60 qram
* un - 60 qram
* kərə yağı - 60 qram
* şəkər tozu - 70 qram
* tünd şokolad - 60 qram

Şokoladlı krem üçün:
* şəkər tozu - 50 qram
* vanil - 15 qram
* jelatin - 8 qram
* 33%-li qaymaq - 250 qram
* südlü şokolad - 60 qram
* şokoladlı qozlu krem(marketlərdə hazır satılan)- 80 qram

Krem üçün:
* yumurta sarısı - 30 qram
* jelatin - 6 qram
* konyak - 10ml
* şəkər tozu - 230 qram
* malçipan - 30 qram
* 33%-lıi qaymaq - 140 ml
* süd - 100 ml
* krem - 30 qram

Hopdurmaq üçün:
* moruq siropu - 50 ml
* konyak - 1 xörək qaşığı

Qlazur üçün:
* jelatin - 10 qram
* su - 50 ml
* şəkər tozu - 100 qram
* bal - 100 qram
* 33%-li qaymaq - 65 ml
* tünd şokolad - 100 qram

Hazırlanması:
Biskivit üçün lazım olan şokoladı və yağı əridib üzərinə şəkər tozu əlavə edilir.Qarışım soyuduqdan sonra yumurta sarısı,sonra isə yumurta ağı ilə çalınmış şəkər tozu əlavə edilir.Daha sonra un əlavə edilib xəmir hazırlanır.Xəmir 24 sm diametrdə olan kağız sərilmiş tavada 15 dəqiqə bişirilir.
Şokoladlı krem hazırlanır və soyumağa qoyulur
Sonra südə yumurta sarısı və şəkər tozu əlavə edilib krem hazırlanır.Krem buxar hamamında bişirilir və soyudulur.Jelatin suda əridilib kremə qatılır və çalınır.
Soyumuş krem biskvitin üstünə hopdurmaq üçün moruq siropu və konyak qarışımı çilənir.Sonra krem sürtülür və soyuducuya qoyulur.
Daha sonra şokoladlı krem soyuducudakı tortun üçüncü qatı olaraq biskivitin üzərinə sürtülür və yenidən soyuducuya qoyulur.
Sonda zəif odun üzərində qlazur hazırlanır və tortun üzəri şokoladla örtülür və soyuducuya qoyulur.
"Motsart" tortu soyuducuda bir gecə saxlanılır.

Nuş olsun!


Etiketlər: şəkər, yumurta, sonra, qoyulur, hazırlanır, əlavə, sarısı, konyak, qaymaq, şokolad, soyuducuya, jelatin, edilir, Xəmir, siropu, tortun, edilib, üzərinə, bişirilir, şokoladlı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN