• Qoz-fındıqlı snikers tortu resepti

Reseptin məlumatları Baxış sayı: 46 614

Tarix : 17-10-2014, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q un
1 çimdik duz
130 q şəkər pudrası
230 q kərə yağı
170 q qatılaşdırılmış süd (bişirilmiş)
300 q şokolad
100 q qoz
100 q fındıq

Hazırlanması:
125 q kərə yağı, duz və şəkəri qarışdırın. Un qatıb qarışdırın. Yağlanmış dərin tavaya tökün. Üstünü hamarlayın.
Qızdırılmış sobada 20-30 dəqiqə bişirin.

Krem üçün: kərə yağının qalanını və qaynadılmış qatılaşdırılmış südü bir qazançada qarışdırın. Ocağın üstünə qoyun, eynicinsli kütlə alınanadək daim qarışdırın. Sonra ocaqdan götürüb çalın. Kremi isti-isti korjun üstünə çəkin. Soyudun.

Şokoladı su hamamında əridin. Xırdalanmış qoz-fındıq əlavə edin. Qarışdırıb tortun üstünə çəkin. Hamarlayın. Soyudun. Üstünə qoz-fındıq səpin.

Nuş olsun!
Etiketlər: qarışdırın, üstünə, fındıq, çəkin, Soyudun, qatılaşdırılmış, Kremi, qoyun, korjun, çalın, götürüb, alınanadək, Sonra, ocaqdan, kütlə, eynicinsli, hamamında, Hamarlayın, Üstünə, səpin
BİZİ İZLƏYİN