• Araxisli-pudinqli snikers tortu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 32 232

Tarix : 17-10-2014, 13:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir (1 korj üçün):

2 yumurta
100 q şəkər tozu
1 st. xama
3 x.q. kakao
1 paket qabartma tozu
300 q un (2 yarımçıq stəkan)

Yağlı-südlü krem üçün:
1 banka qaynadılmış qatılaşdırılmış süd
250 q kərə yağı
200 q araxis

Pudinqli krem üçün:
2 x.q. vanilli pudinq (toz)
150 q şəkər tozu
2 st. süd
250 q kərə yağı

Şokoladlı qlazur üçün:
150 q şokolad
50 q kərə yağı
50 ml qaymaq

Hazırlanması:
1.
Yumurtanı şəkər tozu ilə çalın, xama, un, qabartma tozu, kakao əlavə edib qarışdırın. Ayrı-ayrılıqda 2 korj bişirin (200 dərəcə qızdırılmış sobada, hazır olanadək).
Soyudun.
Araxisli-pudinqli snikers tortu resepti - FOTO RESEPT


2. Otaq temperaturunda olan kərə yağını çalıb qaşıq-qaşıq qatılaşdırılmış süd əlavə edin (bu arada çalmağa davam edin). Araxisi qovurun, azca xırdalayın, kremlə qarışdırın.
Araxisli-pudinqli snikers tortu resepti - FOTO RESEPT


Araxisli-pudinqli snikers tortu resepti - FOTO RESEPT


3. Südü qazana tökün, qaynadın. 50 ml soyuq südə 2 x.q. vanilli pudinq və 100 q şəkər tozu əlavə edin, qarışdırın. Bunu qaynayan südə nazik axınla daim südü qarışdıraraq əlavə edin. Vam odda 5 dəqiqə, qatılaşanacan bişirin. Soyudun.
Araxisli-pudinqli snikers tortu resepti - FOTO RESEPT


Otaq temperaturunda olan kərə yağını çalın və qaşıq-qaşıq soyumuş pudinq əlavə edin. Əsas odur ki, həm yağ, həm də pudinq eyni temperaturda olsun. Yoxsa krem alınmaz.

4.Şərbət hazırlayıb şokolad dadı verən esensiya qatın, korjların üstünə çəkin. Birinci korjun üstünə pudinqli kremdən (3-cü punkt) çəkin. (Yarısını o biri korj və kənarları üçün saxlayın). 15 dəqiqə soyuducuda saxlayın.

5. Soyuducudan çıxarıb yağlı kremi tamamilə çəkin (2-ci punktdakı).
Araxisli-pudinqli snikers tortu resepti - FOTO RESEPT


6. İkinci korju götürüb pudinqli (3-cü punktdakı) kremi üstünə çəkin və kremli tərəfi üzüaşağı olmaqla tortun üstünə qoyun (belə alınır: korj+pudinqli krem+yağlı krem+pudinqli krem+korj).
Araxisli-pudinqli snikers tortu resepti - FOTO RESEPT


7. Tortun hər tərəfinə pudinqli kremdən çəkin. Soyuducuya qoyun ki, krem soyusun. Bu müddətdə şokoladlı qlazur hazırlayın: 150 q şokolad, 50 q kərə yağı və 50 ml qaymağı vam odda əridib eynicinsli kütlə alınanadək qarışdırın. Sonra otaq temperaturunadək soyudun.
Araxisli-pudinqli snikers tortu resepti - FOTO RESEPT


8.Tortu soyuducudan çıxarın. Üzərinə qlazur çəkib xırdalanmış araxis səpin.
Araxisli-pudinqli snikers tortu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, pudinqli, çəkin, pudinq, qaşıq, qarışdırın, şəkər, üstünə, qlazur, şokolad, punktdakı, yağını, temperaturunda, çalın, kremi, yağlı, Soyudun, bişirin, dəqiqə, olsun
BİZİ İZLƏYİN