• Keşyu ilə snikers resepti

Reseptin məlumatları Baxış sayı: 28 888

Tarix : 17-10-2014, 14:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 yumurta
1 st. şəkər tozu
1 st. un
1 paket vanilli şəkər
3 x.q. süd
1 ç.q. qabartma tozu
100 q şokolad

1-ci krem üçün:
400 q 33%-li qaymaq
2 x.q. şəkər tozu

2-ci krem üçün:
2/3 banka qatılaşdırılmış süd
2 dolu ç.q. kakao
100 q yumşaldılmış kərə yağı
100 q keşyu, qovurulub xırdalanmış (buna hind araxisi də deyirlər)

Qlazur üçün:
100 q şokolad
4 x.q. 10%-li qaymaq (süd də olar)

Hazırlanması:
26 sm diametrli sinini yağlayıb içinə un səpin.

Yumurtaların ağını sarısından ayırın. Yumurta sarılarını şəkər tozu və vanilli şəkərlə çalın. Qazançaya süd töküb içinə xırdalanmış şokolad qoyun, bu qazanı su hamamına yerləşdirin. Eynicinsli kütlə alınanadək qarışdırın. Soyudun, yumurta sarılarına əlavə edib çalın.

Yumurtanın ağını qatı köpük alınanadək çalın. Bunu şokoladlı kütləyə əlavə edin, un və qabartma tozu vurub eynicinsli kütlə alınanadək qarışdırın. Siniyə töküb 180 dərəcə qızdırılmış sobada 25-35 dəqiqə bişirin.

Korju soyudub iki hissəyə bölün.

Qaymağı şəkər tozu ilə çalın. Korjun birinin üstünə çəkin. Hamarlayıb soyuducuda 15 dəqiqə saxlayın.

Yağı qatılaşdırılmış südlə çalın, kakao, sonra isə keşyu əlavə edib qarışdırın.

Korju soyuducudan çıxarıb birinci kremin üstündən (qaymaqlı krem) çəkin, ikinci korju üstünə qoyun.

Qlazur üçün şokolad və qaymağı su hamamında qızdırın, eynicinsli kütlə alınanadək qarışdırın, tortun üstünə çəkin, zövqünüzə görə bəzəyin.

Tortu soyuducuda ən azı 5 saat saxlayın.

Nuş olsun!
Etiketlər: çalın, şəkər, qarışdırın, şokolad, alınanadək, üstünə, əlavə, kütlə, çəkin, içinə, qoyun, töküb, ağını, soyuducuda, saxlayın, Qlazur, qaymaq, qatılaşdırılmış, kakao, qabartma
BİZİ İZLƏYİN