• Konyaklı kişi idealı tortu resepti

Reseptin məlumatları Baxış sayı: 29 508

Tarix : 20-10-2014, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

2 st. un
2 yumurta
2 st. şəkər tozu
1,5 st. qoz
2 x.q. konyak
2 x.q. bal
1 ç.q. soda

Krem üçün:
1 banka qatılaşdırılmış süd
150 q kərə yağı
1/3 st. xırdalanmış qoz

Hazırlanması:
Qozu ət maşınından keçirin. 2 yumurtanı 2 st. şəkər tozu ilə çalın. Qozu, sirkədə söndürülmüş sodanı buraya əlavə edin. 2 x.q. konyak və 2 x.q. bal, un əlavə edin. Elastik kütlə alınanadək yoğurun. Xəmiri üç yerə bölüb 180 dərəcə qızdırılmış sobada bişirin.

Kərə yağını çalın, sonra qatılaşdırılmış süd əlavə edin, yenə çalın. Qoz vurub qarışdırın. Korjları aralarına krem çəkməklə üst-üstə qoyun. Üstünə və kənarlarına krem çəkin. Qoz səpin.

Nuş olsun!
Etiketlər: əlavə, çalın, konyak, qatılaşdırılmış, şəkər, sonra, vurub, dərəcə, qızdırılmış, yağını, sobada, qarışdırın, bişirin, aralarına, çəkin, səpin, olsun, kənarlarına, Üstünə, bölüb
BİZİ İZLƏYİN