• Ballı kişi idealı tortu resepti

Reseptin məlumatları Baxış sayı: 37545

Tarix : 20.10.2014, 13:00

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

150 q yağ
3 yumurta
150 q şəkər tozu
2-3 x.q. bal
40 ml. konyak
1 ç.q. söndürülmüş soda
2,5-3 st. un

Krem üçün:
500 q xama (30%) + şəkər pudrası (istəyə görə)
1 banka qatılaşdırılmış süd + 1 paçka kərə yağı + 40 ml. konyak
300 q qoz

Hazırlanması:
Yağı, şəkər tozunu, yumurtaları, balı vam odda qaynara düşənəcən dayanmadan qarışdırın. Sirkədə söndürülmüş soda əlavə edib ocaqdan götürün. Unu tədricən əlavə edib qarışdırın (çalışın, çox bərk olmasın).

Xəmiri lövhənin üstündə yoğurun, 30 dəqiqə saxlayın. 15-16 hissəyə bölün. 1-1,5 mm qalınlıqda yayıb siniyə qoyun. Qızılı rəng alana qədər sobada bişirin (təxminən 1,5-2 dəqiqə).

Krem hazırlamaq üçün əvvəlcə xamanı çalın. İstəyə görə buraya şəkər pudrası əlavə edə bilərsiniz. Sonra ayrı qabda yumşaldılmış kərə yağını (təxminən 200-250 q) çalın, ona qatılaşdırılmış süd və 40 ml. konyak əlavə edin. Hər iki kremi qarışdırın.
Korjların arasına bol-bol krem çəkin, qoz səpin. Tortun üstünə və kənarlarına da krem çəkib qoz səpin.
Bu tort soyuducuda ən azı 8 saat saxlanmalıdır.

Nuş olsun!

Etiketlər: əlavə, şəkər, qarışdırın, konyak, səpin, dəqiqə, çalın, qatılaşdırılmış, təxminən, söndürülmüş, pudrası, qədər, İstəyə, alana, bilərsiniz, buraya, xamanı, Sonra, hazırlamaq, əvvəlcə
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica