• Brauni mokko tortu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 8863

Tarix : 20.10.2014, 15:00

Bölmə : Tort reseptləri, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Korjlar üçün:

220 q kərə yağı
250 q şokolad (50% kakao)
1 ç.q. narın üyüdülmüş təbii qəhvə
4 yumurta
200 q qəhvəyi şəkər tozu
200 q ağ şəkər tozu
1 x.q. vanilli şəkər
1/2 ç.q. duz
160 q ələnmiş un

Qanaş üçün:
250 q şokolad
250 ml yağlı qaymaq (33%)
50 q kərə yağı
50 q şəkər tozu
2 ç.q. üyüdülmüş qəhvə
1 çimdik duz
vanil (istəyə görə)
Brauni mokko tortu resepti - FOTO RESEPT


Hazırlanması:
Korj üçün kərə yağını kubik doğrayın, şokoladları hissələrə bölün. Hamısını ləyənə qoyun. Su hamamına qoyub əridin, qəhvə əlavə edib eynicinsli kütlə alınanadək qarışdırın.
Brauni mokko tortu resepti - FOTO RESEPT

Brauni mokko tortu resepti - FOTO RESEPT


Başqa ləyəndə yumurtanı həm ağ, həm qəhvəyi, həm də vanilli şəkər tozu və duzla çalın. Şokolad qarışığını əlavə edib qarışdırın. Sonra isə ələnmiş unu əlavə edin. Bircinsli kütlə alınanadək qarışdırın.
Brauni mokko tortu resepti - FOTO RESEPT

Brauni mokko tortu resepti - FOTO RESEPT


İki eyni formalı sinini (təxminən 20x26 sm) yağlayın, perqament döşəyin. Xəmiri yarı bölüb sinilərə tökün, 180 dərəcə qızdırılmış sobada bişirin. Üstündə yüngül kristallik qabıq əmələ gələnədək, təxminən 12-15 dəqiqə bişirin. Bu zaman korjların ortası yumşaq olmalıdır.

Siniləri sobadan çıxarın. Dəmir setkanın üstünə qoyub otaq temperaturuna qədər soyudun. Korjları formadan çıxarın, perqamenti soyun.
Brauni mokko tortu resepti - FOTO RESEPT


Qanaşı hazırlamaq üçün şokoladı parçalara bölün. Qaymağı tayqulpa tökün, üzərinə şəkər tozu, yağ, vanil və qəhvə əlavə edin. Ocağın üstünə qoyun, qarışdırın, qaynara düşəndə götürün. Bu qarışığı şokoladın üstünə ələkdən süzün, şokoladın əriməsi və bircinsli kütlə alınması üçün qarışdırın. Sonra 2 saat saxlayın, bu müddətdə o qatılaşacaq.
Brauni mokko tortu resepti - FOTO RESEPT


Bir korju buluda qoyun. Qanaşın 2/3-ni üstünə çəkin. İkinci korju üstünə qoyub qalan qanaşı da bunun üstünə çəkin.
Brauni mokko tortu resepti - FOTO RESEPT


Soyuducuda bir neçə saat saxlayın.

Nuş olsun!

Etiketlər: şəkər, üstünə, qarışdırın, əlavə, qəhvə, kütlə, qoyub, qoyun, təxminən, Sonra, korju, tökün, alınanadək, vanil, şokoladın, bölün, saxlayın, ələnmiş, bişirin, vanilli
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica