• Limonlu tort resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 27 540

Tarix : 22-10-2014, 19:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Kəsmikli krem üçün:

3 böyük yumurta
1/3 st. limon şirəsi
1 x.q. limon sedrası
3/4 st. şəkər tozu
4 x.q. otaq temperaturunda kərə yağı
150 q kəsmik

Biskvit üçün:
6 böyük yumurta
1 st. şəkər tozu (onu 3 hissəyə bölün: 1/4, 1/4 və 1/2)
1 x.q. limon şirəsi
100 q un
5 q vanil

Qaymaqlı qlazur üçün:
200 q maskarpone
8 x.q. yumşaldılmış kərə yağı
1/2 st. yağlı qaymaq
3 fincan şəkər pudrası
1 ç.q. təmiz vanil ekstraktı (limon ekstraktı ilə də əvəz etmək olar, onda sarı krem alınacaq)

Hazırlanması:
Krem üçün yumurtanı, şəkər tozu və limon şirəsini birlikdə çalın. Bunu ocağın üstünə qoyaraq 10 dəqiqə ərzində qatılaşanadək daim qarışdırın. Ocaqdan götürün, süzgəcdən keçirin ki, içində lopalar qalmasın. Limon sedrası və kərə yağını əlavə edib eynicinsli kütlə alınanadək çalın. Sonra kəsmiyi də ələkdən keçirib bura əlavə edin, çalın. Krem hazırdır.

Biskvit: ələnmiş unu 1/4 st. şəkər tozu ilə çalın. Bir kənara qoyun. Yumurta sarılarını mikserdə 1/2 st. şəkər tozu ilə çalın (5 dəqiqə). Qatı köpük alınmalı, həcmi artmalıdır. Limon şirəsi və limon sedrası əlavə edin, azca qarışdırın.
Şəkər tozu ilə qarışdırdığınız unu da əlavə edib qarışdırın, bir kənara qoyun.
Başqa qabda yumurta ağlarını mikserlə çalın. Qaymaq əlavə edib çalın. Yerdə qalan 1/4 hissə şəkər tozunu da əlavə edib ağarıncayadək çalın. Sonra hər iki (yumurta ağlı və sarılı) kütləni birləşdirib ehtiyatla qarışdırın.

Siniyə perqament kağızı döşəyin. Xəmirin yarısını üzərinə töküb 180-200 dərəcə qızdırılmış sobada 15-17 dəqiqə bişirin. Sonra xəmirin qalanını da eyni qaydada bişirin.

Korjları 1 saat soyudun.

Qaymaqlı qlazur hazırlamaq üçün mikserlə kərə yağı, qaymaqlı pendir (maskarpone), vanil və əvvəlcədən çalınmış (2-3 dəqiqə) qaymağı çalın. Tədricən şəkər pudrası əlavə edin, qatılaşanacan çalın.
Buludun içinə korjun birini qoyun. Üzərinə kəsmikli kremin yarısını çəkin. Qaymaqlı qlazur çəkin.

O biri korju üstünə qoyun. Tortun üzərinə və kənarlarına krem və qlazur çəkin. Giləmeyvə və şokoladlı fiqurlarla bəzəyin.

Bir neçə saat soyuducuda saxlayın.
Limonlu tort resepti - FOTO RESEPT

Limonlu tort resepti - FOTO RESEPT

Limonlu tort resepti - FOTO RESEPT

Limonlu tort resepti - FOTO RESEPT

Limonlu tort resepti - FOTO RESEPT

Limonlu tort resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: çalın, şəkər, əlavə, limon, qlazur, qarışdırın, dəqiqə, qoyun, yumurta, vanil, Qaymaqlı, şirəsi, Sonra, sedrası, çəkin, ekstraktı, üzərinə, kənara, üstünə, pudrası
BİZİ İZLƏYİN