• Süd kremli və meyvəli ballı tort resepti

Reseptin məlumatları Baxış sayı: 26437

Tarix : 31.10.2014, 17:00

Bölmə : Tort reseptləri, Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
2 x.q. bal
4 yumurta
1 st. şəkər tozu
2 st. un
2 x.q. araq
2 x.q. kakao tozu
1 ç.q. soda
banan
kivi
likör (istənilən, məsələn, meyvəli)
300 q kərə yağı
2 banka qatılaşdırılmış süd (bankada bişirilmiş)

Hazırlanması:
Yumurtaları şəkər tozu ilə çalıb yavaş-yavaş bal (maye), araq, sirkədə söndürülmüş soda və un əlavə edin, xəmir yoğurun.
Xəmiri iki yerə bölün. Bir hissəsinə kakao töküb qarışdırın.
Sonra dairəvi siniyə ayrı-ayrılıqda töküb qızdırılmış sobada bişirin. İki korj alınacaq - açıq və tünd rəngli. Çıxarıb soyudun. Hər korju eninə iki yerə bölün, 4 korj alınacaq.
Hər bir korjun üzərinə yarıbayarı su ilə qarışdırılmış likör çəkin. Korjları perqament kağızının üzərinə qoyun.
Bankadakı qatılaşdırılmış südü bir neçə saat suda qaynadın (indi bunun hazır qaynanmışı da satılır), soyudun. Kərə yağı ilə çalın. Qoz da əlavə edə bilərsiniz.
Tort üçün iri boşqab götürün. Əvvəlcə bir rəngdən olan korju içinə qoyun, krem çəkib, nazik halqalarla doğradığınız bananları üzərinə düzün. İkinci korju üstünə qoyun. Bunun da üzərinə krem çəkib, kivi dilimlərini düzün. Bu minvalla bütün dörd korjdan tort hazırlayın.
Tortun üzəri və kənarlarına krem çəkib öz zövqünüzə görə bəzəyə bilərsiniz.

Nuş olsun!

Etiketlər: üzərinə, çəkib, korju, qoyun, töküb, əlavə, düzün, bilərsiniz, soyudun, yavaş, alınacaq, bölün, qatılaşdırılmış, şəkər, likör, kakao, çalın, bəzəyə, zövqünüzə, Əvvəlcə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN