• Məxsusi ballı tort resepti

Reseptin məlumatları Baxış sayı: 43 213

Tarix : 31-10-2014, 18:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

100 q kərə yağı
100 q şəkər tozu
2 iri yumurta
1 st. təbii bal
1 ç.q. soda
2 st. un (1 st. = 200 ml)

Krem üçün:
500 ml xama (27%)
300 ml qaymaq (35%)
5 x.q. şəkər pudrası
300 q qara gavalı
200 q qoz (qovrulub xırdalanmış)

Hazırlanması:
Balı, şəkər tozunu, sodanı, yumurta və kərə yağını birləşdirib su hamamına qoyun. Daim qarışdırın. Diqqət edin ki, yumurta bişməsin. Amma şəkər tozu tam ərisin. Bircinsli kütlə alınanda un əlavə edin, qaşıqla qarışdırın, ocaqdan götürün. Soyudun. Ağzını bağlayıb 12 saat soyuducuda saxlayın. Soyuducudan çıxarıb 3-4 saat da otaq temperaturunda saxlayın. Bu ona görə vacibdir ki, xəmir gəlsin və balın tamı tamamilə ona hopsun.
Xəmir yapışqan alınacaq.
Sininin içinə perqament döşəyin, üstünə isə kənarı açılan formanın qırağını qoyun. Xəmirdən 2 x.q. götürüb bu həlqənin ortasına qoyun, qaşığın köməyilə həlqənin içiylə bir perqamentin üzərinə yayın. Kağızı əvvəlcədən azca yağlaya da bilərsiniz.
180 dərəcə qızdırılmış sobada 7-10 dəqiqə, korj qızılı rəng alanadək bişirin. Bu üsulla bütün xəmiri istifadə etməklə bir neçə korj bişirin (təxminən 5 korj alınmalıdır). Korjları perqamentlə birlikdə sinidən götürüb bir kənarda soyudun. Korjun birini daha çox bişirin, rəngi tünd olsun. Onu blenderden keçirib xırdalamaq lazımdır.

Krem üçün xamanı şəkər tozu ilə, qaymağı isə ayrıca çalın, sonra birləşdirin. Qara gavalını və qozu xırda doğrayın.

Korju kağızı ilə birlikdə götürüb tortu hazırlayacağınız buludun içinə tərs çevirin. Sonra ehtiyatla kağızı (perqamenti) soyun. Korjun üzərinə krem çəkin, qara gavalı səpin.
2-ci korju da eyni qayda ilə o birinin üzərinə qoyun, krem çəkib, qoz səpin. Beləcə, növbələyərək tort hazırlayın. Tortun üzərinə, kənarlarına krem çəkib biskvit qırıntıları ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: şəkər, üzərinə, qoyun, götürüb, bişirin, yumurta, həlqənin, qarışdırın, içinə, birlikdə, olsun, kağızı, Korjun, saxlayın, səpin, Xəmir, çəkib, gavalı, alanadək, birini
BİZİ İZLƏYİN