• Bişmiş kremli vanilli ballı tort resepti

Reseptin məlumatları Baxış sayı: 72 883

Tarix : 31-10-2014, 19:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

3 x.q. bal
3 x.q. kərə yağı
1 ç.q. soda
3 yumurta
1 st. şəkər tozu (250 q)
3 st. un

Krem üçün:
3 yumurta
1 st. şəkər tozu
1 st. süd
vanil
300 q kərə yağı

Hazırlanması:
Kərə yağını çalın, bal və şəkər tozu əlavə edib qarışdırın, bir-bir yumurtaları qıraraq əlavə edin, qarışdırın, soda və un əlavə edib xəmir yoğurun. 7 hissəyə bölün. Dairəvi yayın. Asan üsul: perqament kağızının üzərini azca yağlayın, kündəni ortasına qoyub oxlovla yayın. 200 dərəcə qızdırılmış sobada 7-10 dəqiqə bişirin. Yaxşıca soyudun.

Krem üçün yumurtaları şəkər tozu ilə çalın. 1 st. süd əlavə edib ocağın üzərinə qoyun, daim qarışdıraraq qaynara düşəndə götürün. Soyudun. Kərə yağını çalın, sonra hazırladığınız kütləni və vanil əlavə edib çalın.

Korjların üzərinə krem çəkib üst-üstə düzün. Üzərinə qlazur çəkə bilərsiniz. 1-2 saatdan sonra soyuducuya qoyun. Bir neçə saat saxlayın.

Nuş olsun!
Etiketlər: əlavə, çalın, şəkər, sonra, yumurtaları, qoyun, yayın, qarışdırın, yumurta, yağını, vanil, üzərinə, hazırladığınız, ocağın, Soyudun, qaynara, kütləni, qarışdıraraq, düşəndə, götürün
BİZİ İZLƏYİN