• Sehrli tort resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21890

Tarix : 12.11.2014, 17:00

Bölmə : Tort reseptləri, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Xəmir üçün:

6 yumurta
200 q şəkər tozu
250 q mayonez
1 banka qatılaşdırılmış süd (380 q)
500-550 q un
2 ç.q. qabartma tozu və ya 1 ç.q. söndürülmüş soda

Krem üçün:
700-800 q xama
200 q şəkər
Sehrli tort resepti - FOTO RESEPT


Hazırlanması:
Yumurtanı şəkər tozu ilə çalın. Mayonez vurub qarışdırın. Qatılaşdırılmış süd vurub çalın, qabartma tozu, un əlavə edib yumşaq xəmir yoğurun.
Yağlanmış siniyə (təxminən 26 sm diametrli) 1 sm qalınlığında xəmir tökün. 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. 3-4 korj alınmalıdır.
Sehrli tort resepti - FOTO RESEPT

Sehrli tort resepti - FOTO RESEPT

Sehrli tort resepti - FOTO RESEPT

Sehrli tort resepti - FOTO RESEPT

Sehrli tort resepti - FOTO RESEPT


Krem üçün xamanı şəkər tozu ilə çalın.
Sehrli tort resepti - FOTO RESEPT


Korjları ortadan bölün. Hər birinin üzərinə krem çəkin.
Sehrli tort resepti - FOTO RESEPT

Sehrli tort resepti - FOTO RESEPT


Zövqünüzə görə bəzəyin. Məsələn, tortun üzərinə krem çəkib, şokolad yonqarı səpə, meyvə ilə bəzəyə bilərsiniz. Şəkildə gördüyünüz şokolad yarpaqlarını almaq üçün: şokoladı su hamamında əridin, konditer torbasına doldurun, perqamentin üzərinə yarpaq formasında (yaxud istədiyiniz başqa bir fiqur) sıxın, kağızla birlikdə 10-15 dəqiqəliyə dondurucuya qoyun. Sonra isə çıxarıb tortunuzu bəzəyin.
Sehrli tort resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, çalın, üzərinə, qabartma, vurub, xəmir, şokolad, bəzəyin, şokoladı, almaq, konditer, torbasına, yarpaqlarını, əridin, hamamında, Şəkildə, yonqarı, çəkib, meyvə, bəzəyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN