• Bezeli qar kraliçası tortu resepti

Reseptin məlumatları Baxış sayı: 24 686

Tarix : 25-12-2016, 09:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

75 q buğda unu
25 q şəkər tozu
50 q yumşaldılmış kərə yağı və ya marqarin
1 yumurtanın sarısı

Beze üçün:
50 q şəkər tozu
1 paket vanili şəkər
1 yumurtanın ağı

Əlavə:
50 q hazır şokolad qlazuru

İç üçün:
100 q ağ şokolad
600 q qaymaq (krem üçün)
75 q şəkər tozu
1 paket vanili şəkər
1 paket (50 q) limon sedrası

Hazırlanması:
Xəmiri hazırlamaq üçün:
unu ələyib cama tökün. O biri ərzaqları əlavə edib əvvəl aşağı sürətlə, sonra mikserin tam sürətilə çalın. Xəmiri un səpilmiş lövhənin üstünə qoyub yayın. Diametri təxminən 22 sm olan yağlanmış siniyə qoyub çəngəllə bir neçə yerdən deşin. (kənarları açılan forma olsa, sizə daha asan olar).180 dərəcə qızdırılmış sobada təxminən 10 dəqiqə bişirin.

Bişdikdən sonra korju sinidən çıxarın, soyudun.

Beze hazırlamaq üçün: şəkər tozu və vanillə şəkəri qarışdırın. Yumurtanın ağını çox qatılaşanadək çalın. Tədricən şəkər tozu səpə-səpə yenə də çalın. Çox qatı kütlə alınmalıdır (aşpaz sirri: beze çalmazdan əvvəl yumurta ağını uzun müddət, təxminən 4-5 saat soyuducuda saxlasanız, beze daha yaxşı alınar). Alınan kütləni konditer torbasına doldurub yağlanmış və perqament döşənmiş siniyə qoz boyda kürəciklər sıxın.
Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin.

Bezeni elə altındakı kağızla birlikdə çıxarıb soyudun.

Korju iri boşqaba, yaxud buluda qoyun. Bu zaman sizə kənarları açılan formanın bortu lazım olacaq. Onu korjun ətrafına yerləşdirin (əgər yoxdursa, qalın karton kağızdan tortun diametri uzununda, 8-10 sm enində şərid kəsin, ağız-ağıza halqa kimi birləşdirin). Yəni sanki korjun ətrafında bir hazar qaldırırsınız.

Şokoladı hissələrə bölün. Vam odda su hamamında əridib azacıq soyudun, korjun üzərinə çəkin. Bərkiməsini gözləyin. Qalan şokoladı perqamentin üzərinə nazik qat yayaraq bir kənara qoyun (soyuducuya deyil) ki, bərkisin.

İç üçün:ağ şokoladı xırdalayın. Qaymağı şəkər tozu, vanili şəkər və limon sedrası ilə çalın 8-10 ədəd beze kürəciyini yarıya, ya da dörd bölün, şokolad və qaymaqla birləşdirin. Sonra bunu korjun üstünə tökün. Qaşığın köməyilə kütləyə dalğalı dəniz forması verin. Qalan beze ilə tortun üzərini bəzəyin və ən azı 5 saatlığa dondurucuya qoyun. Süfrəyə verməzdən əvvəl kağızdakı şokolad layını bıçağın köməyilə qoparıb tortun üzərinə səpin.

Qeyd: süfrəyə verməzdən əvvəl tort 15 dəqiqə otaq temperaturunda saxlanmalıdır.
Bezeli qar kraliçası tortu resepti


Nuş olsun!
Etiketlər: kürəciyi, şəkər, çalın, şokolad, korjun, təxminən, əvvəl, dəqiqə, soyudun, vanili, qoyun, üzərinə, paket, tortun, siniyə, yağlanmış, qoyub, köməyilə, kənarları, üstünə, ağını
BİZİ İZLƏYİN