• Holland tortu resepti

Reseptin məlumatları Baxış sayı: 17 541

Tarix : 16-11-2014, 23:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q un
duz
10 x.q. su
2 x.q rom (konyak və ya sirkə)
250 q kərə yağı

İç və bəzək üçün:
konfitür
qaymaq
şəkərli qlazur
albalı

Hazırlanması:
Unu soyuq mərmər lövhənin üstündə ələyin. Təpəciyin ortasını dərinləşdirin, buraya 1 çay qaşığı duz, su, konyak, 1 ç.q. kərə yağı (marqarin) töküb bərk xəmir yoğurun. Çalışın ki, bu zaman əlləriniz soyuq olsun.
Marqarini iki perqament kağızının arasına qoyub qalın dördbucaqlı formasında yayın.
Həm xəmiri, həm də marqarini eyni dərəcədə soyuq yerə qoyun.

Sonra un tökülmüş taxtanın üzərində xəmiri dördbucaqlı formasında, ortası azca qalın olmaqla yayın. Xəmirin ortasına yaydığınız marqarini qoyub, xəmirin kənarlarını üstünə qatlayın. Xəmiri 20 dəqiqəliyə soyuq yerə qoyun. Sonra yenə yayın, üç dəfə qatlayın və daha 30 dəqiqə soyuducuda saxlayın. Bütün bu prosesi daha iki dəfə təkrarlayın (yayıb qatlayın və soyuq yerə qoyun).
Yaydığınız xəmirin üstündəki unu hər dəfədə silməyə çalışın, yoxsa korj kövrək olub qırılar.

Alınmış yağlı qat-qat xəmiri hissələrə ayırıb 5 mm ölçüdə dördkünc, kvadrat, yaxud dairəvi yayın. Su səpilmiş siniyə qoyub orta temperaturda 15 dəqiqə bişirin. Korjlar hazır olandan sonra bir hissəsinin üzərinə konfitür yaxıb albalı düzün, üzərinə çalınmış qaymaq çəkib bıçaqla hamarlayın. Qalan korjların isə üzərinə ağ qlazur çəkin, qaymaq və albalı ilə bəzəyin. Bunları növbələyəndə çox dadlı alınır.

Nuş olsun!
Etiketlər: soyuq, yayın, qoyun, qoyub, qatlayın, albalı, xəmiri, üzərinə, qaymaq, marqarini, olsun, Sonra, xəmirin, dəqiqə, formasında, konyak, konfitür, dördbucaqlı, qlazur, qalın
BİZİ İZLƏYİN