• Yerkökü tortu resepti

Reseptin məlumatları Baxış sayı: 15215

Tarix : 17.11.2014, 18:00

Bölmə : Tort reseptləri, Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st. doğranmış qoz
2 st. sürtgəcdən keçirilmiş yerkökü
2 st. buğda unu
1 st. bitki yağı
300 q kəsmik
2 st. şəkər pudrası
3 yumurta
1 ç.q. qabartma tozu
1 ç.q. darçın
1 ç.q. üyüdülmüş muskat cevizi
duz

Krem üçün:
150 q krem-pendir
3 x.q. kərə yağı
6 x.q. şəkər tozu

Hazırlanması:
Qabartma tozu, darçın, muskat cevizi, duz ilə unu qarışdırın.
Kəsmiyə yağ, şəkər əlavə edib qarışdırın, dayanmadan qarışdıraraq bir-bir yumurtaları içinə çalın. Sonra ədviyyat qatdığınız unu əlavə edin. Köklə qozun bir hissəsini bəzək üçün ayırıb qalanını xəmirə qatın.

Xəmiri siniyə töküb üzərini hamarlayın. 1,5 saat ərzində 180 dərəcə qızdırılmış sobada bişirin.

Krem üçün 1 ç.q. şəkər pudrasını yağla çalın, krem-pendir əlavə edib bircinsli qarışıq alınanadək çalın. Əlinizi saxlamadan qalan şəkər pudrasını da əlavə edin.

Korju sobadan çıxarandan sonra soyudun, üzərinə krem çəkib bəzəyin.

Nuş olsun!


Etiketlər: şəkər, əlavə, çalın, muskat, cevizi, pendir, darçın, pudrasını, qarışdırın, bircinsli, yağla, bişirin, sobada, töküb, siniyə, Xəmiri, üzərini, hamarlayın, dərəcə, ərzində
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN