• Praqa tortu resepti

Reseptin məlumatları Baxış sayı: 49894

Tarix : 21.11.2014, 15:00

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 st. un
2 yumurta
1 st. xama
1/2 ç.q. soda
1 st. şəkər tozu
3 ç.q. kakao

Krem üçün:
100 q kərə yağı
yarım banka qatılaşdırılmış süd
2 ç.q. kakao

Qlazur üçün:
3-4 x.q. xama
3-4 x.q. şəkər tozu
1 ç.q. kakao

Hazırlanması:
Yumurtanın ağını sarısından ayırın. Xamanın içinə soda əlavə edin. Yumurtanın ağını şəkər tozu ilə çalın. Sonra xamanı, yumurta sarısını, kakao və unu əlavə edib yaxşıca qarışdırın.

Siniyə perqament döşəyib onu bitki yağı ilə yağlayın. Xəmiri siniyə töküb soyuq sobaya qoyun. Sonra 180 dərəcə isti ayarlayıb biskviti 30 dəqiqə bişirin.
Hazır biskviti eninə 3-4 yerə bölün.
Krem üçün kərə yağı, qatılaşdırılmış süd və kakaonu mikserlə çalın. Hər korjun üstünə krem çəkərək üst-üstə qoyun.
Qlazur üçün nəzərdə tutulan ərzağı qarışdırıb zəif odda daim qarışdıraraq 5 dəqiqə bişirin. Tortun üzərinə şokoladlı qlazur çəkin. Hazırdır.

Nuş olsun!

Etiketlər: kakao, şəkər, qatılaşdırılmış, çalın, əlavə, dəqiqə, biskviti, ağını, bişirin, qoyun, Sonra, banka, Yumurtanın, Qlazur, yarım, yumurta, mikserlə, korjun, üstünə, kakaonu
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
ilknar
Xəmirə qatılaşdırılmış südün əlavə edilməsi göstərilməyib. onun da qaydasını yazın zəhmət olmasa. bişirmək istəryirəm
9 oktyabr 2015 17:17
2
Offline
Dadlıyam
Gözəl görsənir.Tşk.
23 noyabr 2014 18:24
1
BİZİ İZLƏYİN




Yandex.Metrica