• Dondurma içli tart resepti

Reseptin məlumatları Baxış sayı: 17 373

Tarix : 26-11-2014, 17:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Bu reseptdə iç krem deyil, məhz dondurma kimi olmalıdır, ona görə onu bir gün əvvəldən hazırlamaq məsləhətdir.

Tərkibi:
Xəmir üçün:
100 q kərə yağı
180 q un
4 x.q. kakao tozu
130 q şəkər tozu

Krem-dondurma:
1 st. yağlı qaymaq
1 st. qatılaşdırılmış süd
4 x.q. qəhvə likörü
1 ç.q. vanil ekstraktı

Qanaş üçün:
150 q tünd şokolad
150 ml yağlı qaymaq
1/2 st. qovrulmuş fındıq

Hazırlanması:
Krem-dondurma üçün yağlı qaymağı möhkəm çalın. Qatılaşdırılmış süd, qəhvə likörü və vanil cövhəri əlavə edin. Eynicinsli kütlə alınanadək çalın. Likör əvəzinə eyni miqdarda qəhvə istifadə edə bilərsiniz.

Bu kremi ağzıbağlı qaba qoyub bir gecə (ən azı 8-10 saat) dondurucuda saxlayın.

Sabahı gün tartın əsasını hazırlayın: unu ələyin, kakao tozu, şəkər tozu, xırda doğranmış kərə yağı əlavə edib əlinizlə qarışdırın, ovuntuq halına salın.

Sobanı 180 dərəcə qızdırın. Formanı yağlayın. Xəmiri formaya döşəyin, kənarlarını qaldırın. Üzərinə perqament kağızı çəkib ağırlıq (adətən, quru lobya tökürlər) qoyun. 8-10 dəqiqə bişirin.

Tartın əsası soyuyanadək qanaşı hazırlayın. Qaymağı qaynara düşənədək qızdırın və şokolad əlavə edin. Ocağı söndürün, qazançadakını isə eynicinsli kütlə alınanadək qarışdırın.

Qanaşın yarısını tartın əsasının üzərinə çəkin, divarlarını da unutmayın. 20 dəqiqə sonra, şokolad donanda, dondurmanı qoyun. Dərhal üzərinə qida plyonkası çəkib dondurucuda 1 saat saxlayın. Bu qədər vaxt keçdikdən sonra üzərinə qanaşın qalanını çəkin, soyuducuda daha 30 dəqiqə saxlayın.

Süfrəyə verərkən üzərinə qovrulmuş fındıq səpin.
Dondurma içli tart resepti

Dondurma içli tart resepti

Dondurma içli tart resepti

Dondurma içli tart resepti

Dondurma içli tart resepti


Nuş olsun!
Etiketlər: üzərinə, qəhvə, əlavə, şokolad, yağlı, saxlayın, dondurma, dəqiqə, kütlə, sonra, çəkib, çalın, qızdırın, qoyun, tartın, hazırlayın, fındıq, dondurucuda, qarışdırın, çəkin
BİZİ İZLƏYİN