• Ağ çizkeyk resepti

Reseptin məlumatları Baxış sayı: 22 747

Tarix : 16-12-2014, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Əsas:

110 q biskvit peçenyesi (məsələn, savoyardi)
60 q yağ

İç:
300 q qaymaqlı pendiri
300 q kəsmik
100 q şəkər tozu
10 q vanilli şəkər
3 yumurta
150 q xama

Üzərinə:
150 q 42%-li qaymaq
80 q şəkər tozu
1 ç.q. jelatin
30 q su

Hazırlanması:
Peçenyeni xırdalayın. Yumşaldılmış kərə yağı ilə ovuntuq halına düşənədək qarışdırın.

Kənarı açılan 21,5 sm diametrli qabın içinə perqament döşəyin. Xəmiri nazik qatla yayın, üstündən əlinizlə basın.

160 dərəcə qızdırılmış sobada 12 dəqiqə bişirin.

Kəsmik, qaymaqlı pendir, şəkər tozu, vanilli şəkər, yumurta və xamanı 10-15 dəqiqə müddətində çalın. Mikserin sürətini aşağı edərək də çala bilərsiniz, əsas odur ki, hava qabarcıqları yaranmasın.

İçində biskvit olan formanın xaricinə ikiqat folqa bürüyün, daha böyük formanın içinə qoyun. Biskvitin üzərinə kəsmikli qarışığı tökün. Böyük formanın 2/3-nə çatacaq qədər qaynar su tökün.

Çizkeyki bu formada (içində su olan qabın içində başqa bir qab) 160 dərəcə qızdırılmış sobada təxminən 60 dəqiqə bişirin.

Hazır çizkeykin ortası titrəməli, üzəri bəyaz qalmalıdır.

Bişmiş çizkeyki söndürülmüş sobada tam soyuyanadək, sonra soyuducuda 8 saat (ən yaxşısı bir gecə) saxlayın.

Üzəri üçün xamanı şəkər tozu ilə çalın, qaynar suda əridilmiş jelatin əlavə edin.

Xamalı kremi çizkeykin üzərinə çəkin, hamarlayın. Soyuducuya qoyub bir qədər bərkiməsini gözləyin.

Zövqə görə bəzəyin.

Nuş olsun!
Etiketlər: şəkər, dəqiqə, formanın, sobada, qabın, xamanı, içində, çalın, çizkeykin, dərəcə, qızdırılmış, bişirin, qədər, içinə, qaynar, qaymaqlı, yumurta, vanilli, tökün, üzərinə
BİZİ İZLƏYİN