• Şokoladlı-bananlı brauni-çizkeyk resepti

Reseptin məlumatları Baxış sayı: 16 609

Tarix : 16-12-2014, 14:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 yumurta
150 q şokolad
80 q kərə yağı
1 x.q. kakao
3 x.q. şəkər tozu
100 q kəsmik
1 banan
3 x.q. un

Hazırlanması:
Su hamamında şokolad və kərə yağını eynicinsli kütlə alınanadək əridin.

Unla kakaonu qarışdırın.

2 yumurtanı 2 x.q. şəkər tozu ilə ağarıncayadək çalın. Şokolad-yağ, kakao-un qarışığını əlavə edib qarışdırın - aşağı qatın xəmiri hazırdır.

Bananı əzin, kəsmik, 1 yumurta, 1 x.q. şəkər tozu ilə birlikdə yaxşıca qarışdırın (lopa qalmasın).

Yağlanmış siniyə şokoladlı xəmiri qoyun.

Üzərinə kəsmikli-bananlı kütləni tökün. Çəngəli üzərində gəzdirərək xaotik naxışlar yaradın.

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Nuş olsun!
BİZİ İZLƏYİN