• Kral beze tortu resepti

Reseptin məlumatları Baxış sayı: 19635

Tarix : 18.12.2014, 16:00

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

350 q marqarin
7 yumurtanın sarısı
3 x.q. xama
1 ç.q. söndürülmüş sirkə
750 q un

Beze üçün:
7 yumurtanın ağı
2 st. şəkər tozu
150 q qovrulmuş qoz

1-ci krem:
2 banka qatılaşdırılmış süd
450 q kərə yağı
2 x.q. kakao tozu
2 x.q. qəhvə tozu (2 x.q. su ilə qarışdırın)

2-ci krem:
4 yumurtanın ağı
200 q şəkər tozu
bıçağın ucunda limon duzu
vanil

Hazırlanması:
Yumurtanın sarılarını ağlarından ayırın.

Yumurta ağlarını möhkəm soyudun, sonra 1 çimdik duzla çalın, şəkər tozu əlavə edərək beze çalın.

Yumurta sarılarını mikserlə çalın, xama, söndürülmüş soda əlavə edin, eynicinsli kütlə alınanda yumşaldılmış marqarin əlavə edib yenə çalın, tədricən un əlavə edib yoğurun. Elastik xəmir alınmalıdır.

Xəmiri 10 yerə bölün. Kündələyin. Hər birini perqamentin arasında 1 mm qalınlıqda yayın. (Yaxşı olar ki, bu mərhələdə eyni ölçülü forma ilə yaydığınız xəmiri kəsəsiniz ki, bütün korjlar eyni boyda olsun). Üzərinə beze çəkin (təxminən 2 dolu xörək qaşığı), xırdalanmış qoz səpin (1 ç.q.).

Bu qayda ilə hazırladığınız xəmiri 180 dərəcə qızdırılmış sobaya qoyub 6 dəqiqə bişirin, sonra 120 dərəcəyədək azaldın, 15-16 dəqiqə bişirin.

Bütün korjları eyni qaydada bişirin (sobanın temperaturunu hər dəfə artırıb-azaltmağı unutmayın).

Birinci krem: otaq temperaturunda olan kərə yağını həcmi çoxalanadək çalın, qatılaşdırılmış süd, kakao, qəhvə əlavə edib bir daha möhkəm çalın. Soyuducuya qoyun.

Bişmiş korjları soyudun. Aralarına krem çəkib üst-üstə qoyun, soyuducuda 2 saat saxlayın. Korjları əzməyin, qıraqlarını kəsib hamarlamayın.

Soyuducudan çıxarandan sonra kremlə nahamarlıqlarını düzəldin.

2-ci krem:Su hamamı hazırlayın. Bir tavaya sü töküb vam odun üzərinə qoyun. Kremi çalacağınız qab bu tavanın içinə rahat yerləşməlidir. Amma tavadakı su kremi çalacağınız qabin içinə qətiyyən düşməməlidir. Həmçinin krem qabı tavadakı suya toxunmalıdır, tavanın dibinə yox.

Kremi çalacağınız qab təmiz və qupquru olmalıdır. Yumurta ağlarını qaba tökün (bunun içinə yumurta sarısından bir damcı da düşməməlidir). Şəkər tozunu, limon duzunu və vanili də əlavə edin. Mikserlə 1 dəqiqə çalın.

Sonra krem qabını su hamamına qoyun. Mikserin yüksək sürətində krem qatılaşanadək - 10-12 dəqiqə çalın. Su hamamından götürəndən sonra daha 1 dəqiqə çalın.

Tortun üzərini 2-ci kremlə, giləmeyvə ilə bəzəyin.

Bezeli "Kral" tortu böyük alınır - təxminən 24 sm diametrdə və 3 kq ağırlıqda.

Nuş olsun!

"Bu yeməyi bişirmək prosesi nəticəsi kimi – tam bir həzdir. Və qoy, sonda yığılacaq çirkli qabların sayı kədərləndirməsin, çünki Fairy ilə ən yağlı qabların belə öhtəsindən rahatlıqla gələ biləcəksiniz. – Dadlı.az tövsiyə edir!"
Etiketlər: çalın, əlavə, dəqiqə, qoyun, sonra, Yumurta, bişirin, çalacağınız, yumurtanın, şəkər, içinə, xəmiri, düşməməlidir, möhkəm, ağlarını, tavanın, tavadakı, Kremi, kremlə, olsun

loading...
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
arzum-aysum
sevirem şirniyyat hazırlamagi
3 aprel 2015 00:27
2
Offline
Wappuw
oyy ne cetindi
20 dekabr 2014 02:38
1
BİZİ İZLƏYİN




Yandex.Metrica